BOTANİKA İNSTİTUTUNDA XOCALI SOYQIRIMININ 33-cü İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB

AR ETN Botanika İnstitutunda Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Öncə Xocalı faciəsi qurbanlarının  və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva tədbiri açaraq, Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə danışıb. Qeyd edib ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub.  O, 1992-ci ildə Xocalıda törədilən vəhşiliklər haqqında xarici mətbuatda yazılan məlumatları diqqətə çatdırıb. Bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük əməyi olduğunu, məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi-hüquqi qiymət verildiyini vurğulayıb. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı zəfərdən və dövlət rəhbərliyinin uzaqgörən siyasətindən danışaraq erməni vandalizmi qurbanlarının qisasının alındığını söyləyib.

Tədbirdə İnstitutun icraçı direktoru, professor Şakir Qasımov, professor Aydın Əsgərov, b.ü.f.d. Sadıq Qarayev çıxış edərək Azərbaycana qarşı hərbi təcavüzünün gedişində törədilmiş Xocalı soyqırımının təfərrüatlarından bəhs edib və bu soyqırımın bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıblar. 

Tədbirdə soyqırımı əks etdirən videoçarx nümayiş etdirilib.

Sonda Botanika İnstitutunun əməkdaşları Xocalı Soyqırımı abidəsini ziyarət ediblər.

9 WhatsApp Image 2025 02 25 at 15.11.37
image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Декабрь 2025
Пн Вт Ср Чт Пт Сб Вс
1234567
891011121314
15161718192021
22232425262728
293031