Azərbaycan Dillər Universiteti (ADU) beynəlxalq əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın Portsmouth Universiteti ilə magistratura səviyyəsində 1+1 ikili diplom proqramı yaradıb və imzalanma prosesini uğurla tamamlayıb.
Yeni ikili diplom proqramı ADU magistrantlarına təhsillərinin ilk ilini ADU-da, ikinci ilini isə Portsmouth Universitetində davam etdirmək və hər iki universitetin diplomunu əldə etmək imkanı yaradır. Bu əməkdaşlıq tələbələrə beynəlxalq akademik mühitdə təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək, eləcə də qlobal əmək bazarında daha rəqabətqabiliyyətli olmaq üçün geniş perspektivlər açır.
Bu tərəfdaşlıq ADU-nun beynəlxalq əlaqələrinin inkişafı və tədris keyfiyyətinin artırılması istiqamətində atılmış mühüm addımlardan biridir. Universitet gələcəkdə də beynəlxalq ali təhsil müəssisələri ilə əməkdaşlığını genişləndirməkdə davam edəcək.
Oxşar xəbərlər
-
AZƏRBAYCAN ÜÇÜN İKİ YENİ MİKROGÖBƏLƏK NÖVÜ AŞKAR EDİLİB
-
“AZƏRBAYCANIN FAYDALI BİTKİ EHTİYATLARI: TƏDQİQİ VƏ TƏTBİQİ” KİTABININ I CİLDİ NƏŞR OLUNUB
-
ADPU-DA MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB
-
ADPK TƏLƏBƏLƏRİNİN HAZIRLADIĞI LAYİHƏ PRAKTİK TƏHSİLİN UĞURLU NÜMUNƏSİNƏ ÇEVRİLİB
-
“QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURUN ALİ SPORLU VƏ TOXUMLU BİTKİLƏRİNİN TAKSONOMİK SPEKTRİ” ADLI KITAB ÇAP OLUNUB
