Türkiyə Respublikasının Ərabgir ilçəsində təşkil olunan IV Beynəlxalq Oğuzlar Simpoziumunda iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmlər doktoru, professor Mahirə Hüseynova Ərəbgir şəhərinin fəxri vətəndaşı seçilib.
Professor Mahirə Hüseynovaya bununla bağlı təqdim edilən sənəddə yazılır: “Ərəbgirin ölkə və beynəlxalq səviyyədə təbliğində öz töhfəsini, iştirakını və dəstəyini əsirgəməyən, bu işdə böyük fədakarlıqla çalışan ADPU-nun prorektoru, prof. Mahirə Hüseynovaya Ərəpgir rayonunun vətəndaşlığı haqqında arayış təqdim olunub. Ərəbgir Bələdiyyəsinin sədri Haluk Comərdoğlu”.
Qeyd edək ki, Beynəlxalq Oğuzlar Simpoziumu türk xalqlarının vahid müstəviyə inteqrasiyası üçün türk dövlətlərində ildə bir dəfə nüfuzlu universitetlər tərəfindən keçirilən tədbirdir. Araşdırmaçı alimlərin bölmə iclaslarında elmi məqalələri ilə çıxışları və bu çərçivədə müzakirələri nüfuzlu elmi nəşrlərdə dərc olunur.
Oxşar xəbərlər
-
ADPU-DA MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB
-
ADPK TƏLƏBƏLƏRİNİN HAZIRLADIĞI LAYİHƏ PRAKTİK TƏHSİLİN UĞURLU NÜMUNƏSİNƏ ÇEVRİLİB
-
“QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURUN ALİ SPORLU VƏ TOXUMLU BİTKİLƏRİNİN TAKSONOMİK SPEKTRİ” ADLI KITAB ÇAP OLUNUB
-
BOTANİKA İNSTİTUTUNDA XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILIB
-
BOTANİKA İNSTİTUTUNDA 20 YANVAR FACİƏSİ ANILIB
