AZƏRBAYCAN ÜÇÜN İKİ YENİ MİKROGÖBƏLƏK NÖVÜ AŞKAR EDİLİB

AR ETN Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri professor DilzarəAğayeva, doktorant Xədicə Apbayeva, biologiya üzrə fəlsəfə doktoru Pərvin Ağayeva və Ukrayna Milli Elmlər Akademiyasının Botanika İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Tetiana Andrianovanın həmmüəllifliyi ilə “Cənubi Qafqazdan “Coleroa robertiani” və “Sporocadus rosigena” (Ascomycota) növlərinə dair ilk qeydlər” (First records of Coleroa robertiani and Sporocadus rosigena (Ascomycota) from the South Caucasus) adlı elmi məqalə Scopus bazasında indekslənən Q4 kvartilli “Czech Mycology” jurnalında dərc olunub.

Məqalədə qeyd edilir ki, bitkilərlə assosiasiyada olan Coleroa və Sporocadus cinslərinin nümayəndələri Azərbaycanda zəif öyrənilib və onlara əvvəllər aid edilmiş növlər hazırda fərqli cinslərə keçirilib. Yuxarıda qeyd edilən növlərə aid herbari nümunələri Daşkəsən rayonunun Əmirvar və Zivlən kəndlərindən toplanılıb. Çap işində bu nümunələrə əsasən ətraflı morfoloji təsvirlər, illüstrasiyalar təqdim edilir, dünyada yayılması və sahib bitkiləri göstərilir və oxşar növlərdən onları fərqləndirən xüsusiyyətləri təhlil və müzakirə edilir.

Bu tapıntılar Cənubi Qafqazın bütövlükdə biomüxtəlifliyin qaynar nöqtəsi kimi rolunu vurğulayır, habelə göbələk müxtəlifliyinin və ekologiyasının qlobal qiymətləndirilməsində əhəmiyyətini dəstəkləyir.

Məqalə ilə aşağıda göstərilən hiperkeçidlərdən istifadə etməklə tanış ola bilərsiniz.

https://czechmycology.org

DOI: https://doi.org/10.33585/cmy.78202

image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Август 2026
Пн Вт Ср Чт Пт Сб Вс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31