PROFESSORDAN «ÜMUMİ TƏHSİL HAQQINDA» QANUNA DƏYİŞİKLİKLƏ BAĞLI TƏKLİF

Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Telman Cəfərov Elm və təhsil komitəsinə «Ümumi təhsil haqqında» qanuna dəyişiklik edilməsi məsələsinin də gündəliyə salınması ilə bağlı müraciət edib.

Pedaqoq.az portalına açıqlamasında T.Cəfərov bildirib ki, hazırda parlamentin Elm və təhsil komitəsi təhsil və peşə təhsili haqqında qanunvericiliyə ediləcək dəyişiklikləri müzakirə edir. Bununla əlaqədar olaraq o, müvafiq təkliflərlə çıxış etmişdir.

«Təklifim ondan ibarət olmuşdur ki, Təhsil və Peşə təhsili haqqında qanunlarla bərabər, «Ümumi təhsil haqqında» qanuna dəyişiklik də gündəliyə salınsın.

Bundan əlavə, təklif etmişəm ki, müzakirəyə çıxarılmış təhsil haqqında bütün qanun layihələrində əcnəbi dillərdə təlim aparılan sinif və qruplarda «Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin, coğrafiyasının və musiqisinin dövlət dilində tədrisi» təsbit olunsun», — deyə o bildirib.

T.Cəfərov onu da əlavə edib ki, qeyd olunan dəyişikliklə bağlı Milli Məclisin rəhbərliyinə müvafiq qaydada müraciət edib. Parlamentdən ona göndərilən cavab məktubunda bu məsələyə baxılacağına söz verilib.

image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Декабрь 2025
Пн Вт Ср Чт Пт Сб Вс
1234567
891011121314
15161718192021
22232425262728
293031