QARABAĞ UNİVERSİTETİ MÜƏLLİM VAKANSİYASI ELAN EDİR

Universitet fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, eləcə də
təhsilalanların yüksəksəviyyəli bilik və bacarıqlarla təmin olunması
məqsədilə yüksəkixtisaslı peşəkar kadrlar üçün vakansiya elan edir.
Vakansiya qeyd edilən fənlər üzrə elan olunur:

  • Azərbaycan dilində kommunikativ bacarıqlar;
  • Azərbaycan tarixi;
  • Biznes kommunikasiyası;
  • İqtisadiyyata giriş;
  • Mikroiqtisadiyyatın əsasları;
  • Riyaziyyat;
  • Fizika;
  • Data analitikasına giriş;
  • Təhsilə giriş;
  • Psixologiyaya giriş.
    Vəzifə: müəllim
    İşin təsviri:
  • fənn sillabuslarının hazırlanması;
  • rəqəmsal bacarıqların tətbiqi;
  • elmi tədqiqatların aparılması və nəticələrinin elmi jurnallarda dərc
    edilməsi;
  • bakalavriat səviyyəsində dərs yükünə uyğun fənlərin tədrisi;
  • tədris prosesi ilə bağlı tədris-metodiki vəsaitlərin hazırlanması;
  • tədris prosesindən əlavə, ictimai və təhsil məsələləri ilə bağlı tədbirlərin
    təşkilində aktiv iştirak;
  • müvafiq istiqamət üzrə kafedranın fəaliyyətinə dair təkliflərin
    hazırlanması;
  • tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik edilməsi

Tələblər:

  • magistr ali elmi-ixtisas dərəcəsinin olması;
  • ali təhsil müəssisələrində müvafiq istiqamət üzrə minimum 3 il
    elmi-pedaqoji iş təcrübəsi;
  • liderlik və idarəetmə bacarığı;
  • tədqiqat bacarığı;
  • tədris prosesində tələbə mərkəzli metod və texnologiyalardan istifadə
    bacarığı;
  • təlim prosesində süni intellektin imkanlarından istifadə bacarığı;
  • tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
  • tələbələrin qiymətləndirilməsində müasir üsul və fərqli yanaşmalardan
    istifadə bacarığı;
  • yüksək kommunikasiya bacarığı;
  • Azərbaycan Respublikasının elm və təhsilə aid qanunvericilik aktları
    barədə məlumatlılıq;
  • ali məktəb pedaqogikası və psixologiyasına, tələbələrlə davranış
    qaydaları və psixoloji işin təşkilinə dair biliklər.

Tələb olunan sənədlər:

  1. CV;
  2. ali təhsili təsdiq edən sənədlərin surəti;
  3. dərc olunmuş elmi məqalələrin siyahısı (əgər varsa);
  4. müşayiətedici məktub (motivasiya, proqramlarla bağlı baxış –
    maksimum 500 söz).
    Qeyd 1: universitetdə daimi əsaslarla çalışan əməkdaşlar Xankəndi şəhərində
    tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin
    olunacaqlar.
    Qeyd 2: məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının
    qeyd edilməsi vacibdir. Bildiririk ki, yalnız müvafiq vakansiyanın tələblərinə
    uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət üçün son tarix: 19 iyul 2024-cü il
Elektron poçt ünvanı: karabakh@edu.gov.az

image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Апрель 2025
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
282930