Bugünkü müsahibimiz «Virtual Məktəb» layihəsinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Elm və Təhsil naziri cənab Emin Əmrullayevin əmri ilə təşəkkürnaməyə layiq görülən Rüstəmova Aysel İlham qızıdır. Aysel Rüstəmova bu il Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində 100.37 bal toplayaraq maksimum nəticə göstərmişdir.
Aysel Rüstəmova uzun illərdir ki, Tərtər rayon Qaradağlı kənd tam orta məktəbində müəllim işləyir. O, pedaqoji fəaliyyəti dövründə həm valideynlərin, həm də məktəb rəhbərliyinin dərin hörmətini qazanmağa nail olmuşdur.
«PEDAQOQ.AZ» jurnalı olaraq yüksək peşə bacarığı və erudisiyası ilə seçilən Aysel müəllimə bir neçə sual ünvanladıq.
— Aysel müəllim, məlumdur ki, MİQ imtahanlarında yüksək nəticə göstərən əksər müəllimlər kurslarda və ya mütəxəssis yanında xüsusi hazırlıq keçirlər. Sizdə də belə oldu?
— Xeyr. Mən bu nəticəyə öz bilik və bacarğım sayəsində nail oldum. Bu da mənə əlavə stimul verir, daha çox özgüvən formalaşdırır.
— Yəqin ki, belə yüksək nəticə ilə Bakı şəhərinin prestijli məktəblərindən birinə yerdəyişmə edəcəksiniz.
— Əsla! Mənim belə bir planım yoxdur.
— Maraqlıdır, səbəbini bilmək olar?
— Bilirsinizmi, mənim üçün kənd məktəbində çalışmaq, şəhər məktəktəbində işləməkdən daha maraqlı, daha innovativ və daha əyləncəlidir. Mən söz vermişəm ki, Şəhid Cəbrayıl Dövlətzadənin adını verdiyimiz sinifimizdən öz şagirdlərimlə birlikdə hələ neçə-neçə savadlı kadrlar yetişdirəcəyəm. Bu sözümə də sadiq qalıram.
— Aysel müəllim, bu, gözəl bir jestdir və bu addımınız yəqin ki, pedaqoji camiədə ikimənalı qarşılanmaz.
— Ümid edirəm ki, bu müsahibəm şəhər və kənd müəllimləri arasında bəzi eqolu müəllimlər tərəfindən qoyulmuş fərqi aradan qaldıracaq.
— Müsahibəniz üçün təşəkkür edirəm.
— Mən də sizə təşəkkür edirəm və fürsətdən istifadə edərək bütün həmkarlarıma uğurlar arzulayıram!
Aysel Ədilova





Oxşar xəbərlər
-
VALİDEYN – ÖVLAD MÜNASİBƏTLƏRİNİN PEDAQOJİ XÜSUSİYYƏTLƏRİ
-
HEYDƏR ƏLİYEVİN EKOLOJİ SİYASƏTİ: KONSTİTUSİYA, SUVERENLİK VƏ DAYANIQLI İNKİŞAF KONTEKSTİNDƏ STRATEJİ BAXIŞ
-
ZƏNGƏZUR DƏHLİZİ — TÜRK DÜNYASINI BİRLƏŞDİRƏN SÜLH KÖRPÜSÜ
-
COP-29 TƏDBİRİNİN ÖLKƏMİZ VƏ TƏHSİLİMİZ ÜÇÜN ƏHƏMİYYƏTİ
-
MƏNƏVİ-ƏXLAQİ TƏRBİYƏNİN İNCƏSƏNƏTDƏ TƏZAHÜRÜ