ADU-NUN ƏMƏKDAŞI BEYNƏLXALQ ELMİ SEMİNARDA İŞTİRAK EDİB

Dekabrın 18-də Azərbaycan Dillər Universitetinin Şeyx Zayed adına Ərəb dili Auditoriyasının müdiri, azərbaycanlı alim Ülviyyə Hüseynova Minskdə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən onlayn formatda  təsis olunmuş Minsk Dövlət Linqvistik Universiteti tərəfindən keçirilən elmi seminarda iştirak edib.

O, 18 dekabr – Ərəb Dili Gününə həsr olunan “Ərəb dili və mədəniyyəti: ənənələr və müasirlik” adlı elmi seminarda “Azərbaycanda ərəb dilinin tədrisi tarixi” mövzusunda çıxış edib.

 Azərbaycanlı alim çıxışında ərəb dilinin Azərbaycanda tədris ənənələrinin qədim dövrlərə dayandığını, bu dilin həm dini, həm də elmi-mədəni irs baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Həmçinin, o, müasir dövrdə ərəb dilinin tədrisi sahəsində mövcud vəziyyət və perspektivlər barədə də fikirlərini bölüşüb.

Dəyirmi masada müxtəlif ölkələrdən gələn akademiklər, tədqiqatçılar və tələbələr ərəb dilinin qlobal səviyyədəki rolu ilə bağlı müzakirələr aparıblar.

Tədbir beynəlxalq elmi əməkdaşlıq və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verib.

image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Июль 2025
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031