ADPU-NUN 600 BAL TOPLAYAN TƏLƏBƏLƏRİ

Son illərdə təhsil sahəsində aparılan uğurlu islahatlar, müəllimlik peşəsinin daha da artan prestiji qəbul imtahanlarında yüksək bal toplamış abituriyentlərin ixtisas seçimi zamanı müəllimlik peşəsinə üstünlük vermələri üçün əlavə stimul yaradır. Müəllim hazırlığı üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tədrisin məzmunu və keyfiyyətinin artırılması, tələbələrin zamanın və əmək bazarının tələblərinə uyğunlaşmış, yüksək peşəkar bacarıqlara malik kadr kimi yetişdirilməsi məqsədi ilə atılan məqsədyönlü addımların nəticəsində gələcəyin müəllimləri seçimlərindəmüəllimliyin beşiyi sayılan Pedaqoji Universitetə üstünlük verirlər.

Təsadüfi deyil ki, bir neçə ildir qəbul imtanlarında yüksək nəticə göstərən abituriyentlərin ixtisas seçimi zamanı ADPU-ya üstünlük verməsi ənənəvi hal alıb. 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsində tələbə qəbulunun nəticələrinə əsasən, ümümilikdə 13 nəfər 600 baldan artıq nəticə göstərmiş abituriyent ADPU-ya qəbul olunub. Onlardan 8 nəfəri ADPU-nun müxtəlif fakültələrində, 5 nəfəri isə universitetin filiallarında təhsil alacaqlar. Gəlin, həmin tələbələrlə yaxından tanış olaq:

  1. Nəcəfzadə Fatimə Fuad qızı Sumqayıt şəhəri Yusif Məmmədəliyev adına 31
    nömrəli tam orta məktəbin məzunudur. Qəbul imtahanlarında 663.9 bal toplayaraq
    ADPU-nun Riyaziyyat və informatika müəllimliyi ixtisasını seçib. Fatimə
    2024/2025-ci tədris ili üçün Pedaqoji Universitetə ən yüksək balla qəbul olunan
    tələbədir.
  2. Qasımova Aysu Vaqif qızı Bakı şəhəri 295 nömrəli tam orta məktəbin
    məzunudur. Qəbul imtahanlarında 635.2 bal toplayaraq ADPU-nun Azərbaycan
    dili və ədəbiyyatı müəllimliyi ixtisasını seçib.
  3. Rzayeva Gülnur Elşən qızı Masallı rayonu Təkdam kənd tam orta
    məktəbinin məzunudur. Qəbul imtahanlarında 632.8 bal toplayaraq ADPU-nun
    Riyaziyyat və informatika müəllimliyi ixtisasını seçib.
  4. Məmmədova Sehri Seymur qızı Sabirabad rayonu İlqar Qasımov adına
    Qaragüney kənd tam orta məktəbinin məzunudur. Qəbul imtahanlarında 619.8 bal
    toplayaraq ADPU-nun Riyaziyyat və informatika müəllimliyi ixtisasını seçib.
  5. Rəhimli Aynur Soltan qızı Bakı şəhəri 85 nömrəli tam orta məktəbin
    məzunudur. Qəbul imtahanlarında 609.3 bal toplayaraq ADPU-nun Riyaziyyat
    müəllimliyi (tədris ingilis dilində) ixtisasını seçib.
  6. Muradova Zərifə Murad qızı Qəbələ şəhər Şirvan Bulqədirov adına tam orta
    məktəbin məzunudur. Qəbul imtahanlarında 605.6 bal toplayaraq ADPU-nun
    Riyaziyyat və informatika müəllimliyi ixtisasını seçib.
  7. Pənahlı Türkanə Rəşad qızı Zərdab rayon Çallı kənd M.V.Lomonosov adına
    tam orta məktəbin məzunudur. Qəbul imtahanlarında 603.1 bal toplayaraq ADPU-
    nun Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisasını seçib.
  8. Məmmədova Nərmin Nadir qızı Ağdam rayonu Səfərli kənd tam orta
    məktəbinin məzunudur. Qəbul imtahanlarında 601.6 bal toplayaraq ADPU-nun
    Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasını seçib.
  9. Qəbul imtahanlarında 655,8 bal toplayan Nəsirli Mədinə Arif qızı ADPU-
    nun Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını seçib.
    O, Cəlilabad şəhər 3 nömrəli tam orta məktəbin məzunudur.
  10. Qəbul imtahanlarında 639,9 bal toplayan Həmidova Mədinə Asim qızı isə
    Pedaqoji Universitetin Şamaxı filialını seçib. Orta məktəbi fərqlənmə diplomu ilə
    bitirən Mədinə təhsilini filialın Tarix müəllimliyi ixtisasında davam etdirəcək.
    600 baldan yüksək nəticə göstərən daha iki abituriyent isə öz ixtisas seçimlərində
    ADPU-nun Quba filialını seçiblər.
  11. 609,2 balla ADPU-nun Quba filialının Xarici dil müəllimliyi (ingilis dili
    üzrə) ixtisasını seçən Novruzova Nəzrin Dəyanət qızı Quba rayonu Aşağı Atuc
    kəndində dünyaya gəlib.
  12. Qəbul imtahanlarında 606.9 bal toplayan Eyyubova Həlimə Anar qızı Quba
    filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında təhsil alacaq. Quba
    rayonu Hikmət Hüseynov adına 4 saylı tam orta məktəb və Quba rayonu Mehrab
    Niftəliyev adına texniki təmayüllü liseydə təhsil alıb.
  13. Qəbul imtahanlarında 602.2 bal toplayan Həsənli Gülgün Arzu qızının
    seçimi isə ADPU-nun Ağcabədi filialıdır. O, filialın Riyaziyyat və informatika
    müəllimliyi ixtisasında təhsil alacaq. Ağdam rayonu 45 nömrəli tam orta məktəb
    və Laçın rayonu 23 nömrəli tam orta məktəbdə təhsil alıb.
image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Июль 2025
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031