MƏKTƏBLİ ÇANTASINDA ƏN ÇOX NEÇƏ KQ YÜK GÖTÜRƏ BİLƏR?

Məktəblərin açılmasına artıq bir aydan da az vaxt qalır. Bu isə valideynlər üçün həyəcanlı və qayğılı bir dönəmin başlanğıcı deməkdir. Bu dövrdə valideynləri ən çox qayğılandıran məsələlərdən biri də övladlarının məktəbə hazırlığı, xüsusilə də məktəb ləvazimatlarının alınmasıdır. Bu ərəfədə valideynlər yeni tədris ili üçün zəruri olan dəftərlər, qələmlər, məktəbli forması, çanta və digər məktəb əşyalarını almaq üçün müxtəlif mağazaları gəzir, ən yaxşı seçimləri və endirimləri axtarırlar.
 

Müşahidələr göstərir ki, valideynlərin əksəriyyəti məktəbli çantasını doldurarkən və ya alarkən övladlarının fiziologiyasını, yaşını və digər vacib amilləri nəzərə almırlar. Bu isə şagirdin sağlamlığına mənfi təsir göstərə, bel və onurğa problemlərinə yol aça bilər. Həddindən artıq ağır və ya düzgün olmayan ölçüdə seçilən çantalar uşaqların rahat hərəkət etməsini çətinləşdirir ki, bu da onlarda yorğunluq və narahatlıq yarada bilər.
 

Digər tərəfdən, gündəlikdə olan dərslərdən əlavə kitabların və ya materialların məktəbli çantasına yığılması da onun ağırlığını artıraraq şagirdlər üçün «ağır yük»ə çevrilməsinə səbəb olur. Nəticədə, bu fiziki diskomfort şagirdin dərsə olan marağını və diqqətini azaldaraq onun həm sağlamlığına, həm də akademik həyatına mənfi təsir göstərir. Ona görə də, siniflər üzrə məktəblilərin daşıyacağı çantaların maksimum ağırlıq çəkilərini diqqətinizə çatdırırıq:

SiniflərMəktəbli çantasının maksimum çəkisi
1-ci sinif2.4 kq
2-ci sinif2.6 kq
3-cü sinif3 kq
4-cü sinif3.4 kq
5-ci sinif3.8 kq
6-cı sinif4.1 kq
7-ci sinif4.5 kq
8-ci sinif5 kq
9-cu sinif5.8 kq
10-cu sinif6.5 kq
11-ci sinif7.3 kq
image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Июль 2025
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031