AZƏRBAYCANDA İKİLİ DİPLOM VERƏN UNİVERSİTETLƏRİN SİYAHISI

Azərbaycan Respublikasının bir sıra ali təhsil müəssisələri öz məzunlarına təhsil müddətində həyata keçirilən proqramlar vasitəsilə iki diplom əldə etmək şansı verir. Həmin universitetlərin siyahısına aşağıdakılar daxildir:

Azərbaycan Texniki Universitetində tələbələrinə elektrik mühəndisliyi ixtisası üzrə Qazi Universiteti ilə, Kompüter mühəndisliyi ixtisası üzrə isə Ankara Universiteti ilə ikili diplom proqramı mövcuddur.

Türkiyə-Azərbaycan Universitetində kompüter mühəndisliyi ixtisası üzrə Türkiyənin İstanbul Texniki Universiteti ilə, qida mühəndisliyi ixtisası üzrə Hacettəpə Universiteti, sənaye mühəndisliyi üzrə isə Orta Doğu Texniki Universiteti ilə ikili diplom proqramı həyata keçirilir.

Azərbaycan Universitetində kompüter mühəndisliyi ixtisası üzrə Xarkov Milli Radioelektronika Universiteti ilə ikili diplom proqramı var.

Gəncə Dövlət Universitetində isə Türkiyənin Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı həyata keçirilir. Qeyd edək ki, burada ikili diplom proqramı ödənişlidir. İqtisadiyyat, tarix, biologiya üzrə ikili diplom proqramları mövcuddur.

ADA Universitetinin tərkibində fəaliyyət göstərən İtaliya Azərbaycan Universiteti də elektrik və elektronika mühəndisliyi ixtisası üzrə İtaliyanın Turin Politexnik Universiteti ilə ikili diplom proqramı təklif edir. İxtisas üzrə illik təhsil haqqı 6000 manatdır.

Naxçıvan Dövlət Universitetində isə iqtisadiyyat ixtisası üzrə oxuyan 10 nəfərin Çankırı Karatekin Universiteti ilə ikili diplom proqramında iştirakı nəzərdə tutulur.

QEYD. Hər hansı bir ixtisas üzrə ikili diplom verən, lakin adı siyahıda olmayan ali təhsil müəssisələri bizimlə www.pedaqoq.az@gmail.com elektron poçt ünvanı vasitəsi ilə əlaqə saxlaya bilər.

image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Июнь 2025
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30