ADPU TƏLƏBƏSİ BÜRÜNC MEDAL QAZANIB

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsinin II tədris ilinin  tələbəsi, ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin İdman Klubunun rəhbəri Fatimə Cəbrayılova iyulun 17-də Macarıstanın Mişkolts şəhərində keçirilən Tələbələrin Avropa Universiteti Oyunları çərçivəsində karate üzrə qadınların komanda yarışlarında Azərbaycanı təmsil edib. III yerə çıxan komandanın üzvləri Oyunların bürünc medalına layiq görülüblər.

image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Июль 2026
Пн Вт Ср Чт Пт Сб Вс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031