Martın 17-də Azərbaycan Dövlət Pedaqoji Universiteti və (ADPU) ilə Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun rəhbərliyi arasında əməkdaşlıq görüşü keçirilib. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda baş tutan görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov və İnstitutun baş direktoru akademik İradə Hüseynova rəhbərlik etdikləri müəssisələrin fəaliyyətləri barədə məlumat təqdim ediblər. Qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.
Görüşün davamında ADPU və Biologiya və Biotexnologiyalar İnstitutu arasında əməkdaşlığın möhkəmləndirilməsi, kadr hazırlığı sahəsində əməkdaşlıq, elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutan memorandum imzalanıb.
Görüşdə həmçinin İnstitutun icraçı direktoru dosent Ələmdar Məmmədov, elmi katib dosent Durna Əliyeva, ADPU Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva, dekan müavini dosent Bəsti Əsədova, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dosent Anaxanım Yusifova da iştirak ediblər.
Oxşar xəbərlər
-
AZƏRBAYCAN ÜÇÜN İKİ YENİ MİKROGÖBƏLƏK NÖVÜ AŞKAR EDİLİB
-
“AZƏRBAYCANIN FAYDALI BİTKİ EHTİYATLARI: TƏDQİQİ VƏ TƏTBİQİ” KİTABININ I CİLDİ NƏŞR OLUNUB
-
ADPU-DA MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB
-
ADPK TƏLƏBƏLƏRİNİN HAZIRLADIĞI LAYİHƏ PRAKTİK TƏHSİLİN UĞURLU NÜMUNƏSİNƏ ÇEVRİLİB
-
“QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURUN ALİ SPORLU VƏ TOXUMLU BİTKİLƏRİNİN TAKSONOMİK SPEKTRİ” ADLI KITAB ÇAP OLUNUB
