BOTANİKA İNSTİTUTUNDA ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB

AR ETN Botanika İnstitutunda 1 Mart — Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri İnstitutun Mülki Müdafiə Qərargahının rəisi Nazim Xəlilov açaraq, “Mülki müdafiə — əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda çıxış edib.

O, məruzəsində FHN-nin əhalinin fövqəladə hallardan qorunması və mülki müdafiə sahəsində fəaliyyətləri haqqında danışaraq mülki müdafiənin məqsədi, təşkili prinsipləri, mülki müdafiə sahəsində dövlətin, hüquqi şəxslərin və sıravi  vətəndaşların hüquq və vəzifələrinə toxunub. Qeyd edib ki, baş verə biləcək hər hansı bir kütləvi təhlükə zamanı əhalinin xəbərdar edilməsi, on­lara fərdi mü­hafizə vasitələrinin paylanılması və təhlükəsiz sığınacaqlarda yerləşdiril­məsi Mülki Mü­dafiənin başlıca vəzifəsidir.

image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Сентябрь 2026
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
282930