BOTANİKA İNSTİTUTU XARİCİ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRİR

Qaradəniz Texniki Universitetinin professoru Sevgi Kolaylı AR ETN Botanika İnstitutunda olub. İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva qonağa Botanika İnstitutunun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, müştərək layihələri və əldə olunan nailiyyətləri haqqında  məlumat verib.

S.Kolaylının ziyarətinin əsas məqsədi müştərək beynəlxalq  konfransın təşkili üçün müzakirələrin aparılması olub. Müzakirələr zamanı müştərək layihələrin təşkili və birgə tədqiqatların aparılması üçün əməkdaşlıq memorandumunun bağlanmasının vacibliyi vurğulanıb, beynəlxalq konfransın keçirilməsi üçün ilkin razılıq əldə olunub. Qaradəniz Texniki Universiteti, Naxçıvan Dövlət Universiteti və Botanika İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq konfransın əsas məqsədi yabanı bitkilərdən istifadə, aromaterapiya, fitoterapiya və apiterapiya üzrə tədqiqatların genişləndirilməsi olduğu qeyd olunub.

Sonda qonaq İnstitutun Botanika Muzeyi, Herbari Fondu və laboratoriyaları ilə yaxından tanış olub və İnstitutda aparılan elmi-tədqiqat işləri və əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək görüşdən məmnunluğunu bildirib. 

image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Май 2026
Пн Вт Ср Чт Пт Сб Вс
 123
45678910
11121314151617
18192021222324
25262728293031