BOTANİKA İNSTİTUTUNDA 20 YANVAR HADİSƏLƏRİNİN 35-Cİ İLDÖNÜMÜ QEYD OLUNUB

AR ETN Botanika İnstitutunda 20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Tədbirdə çıxış edənlər xalqımızın yaddaşına qanla yazılmış 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq tarixi kimi səciyyələndirərək, həmin hadisələr ərəfəsində Azərbaycanda yaranmış gərgin ictimai-siyasi vəziyyəti, Ermənistanın əsassız ərazi iddiaları və Dağlıq Qarabağı Azərbaycandan ayırmaq cəhdləri ilə əlaqədar baş qaldırmış etiraz dalğasını, keçmiş sovet rəhbərlərinin xalqımıza qarşı məkrli siyasətini və digər mühüm məqamları diqqətə çatdırıblar.

20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş olunub. Sonda Botanika İnstitutunun kollektivi Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda canlarını fəda edənlərin əziz xatirəsini ehtiramla yad ediblər.

16

21

30

DSC-0214

image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Февраль 2026
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
232425262728