MÜƏLLİMLƏR ÜÇÜN MƏLUMATLANDIRMA SESSİYALARI KEÇİRİLİB

2025–2026-cı illər ərzində Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə müəllimlərin attestasiyası keçiriləcək.

“Pedaqoq.az” xəbər verir ki, 9-10 yanvar tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 4 nömrəli uşaq incəsənət, A.Məlikov adına 11, M.Maqomayev adına 26, L.və M.Rostropoviçlər adına 21 və 24 nömrəli onbirillik musiqi məktəbləri, 4, 10, 14, 17 və 27 nömrəli uşaq musiqi məktəblərinin müəllim kollektivi üçün məlumatlandırma sessiyaları keçirilib.

Sessiyalarda mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru v.i.e. Vüqar Hümbətov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev və digər əməkdaşlar iştirak ediblər.

Sessiya zamanı attestasiya ilə bağlı müəllimləri narahat edən məqamlara toxunulub, maarifləndirici söhbətlər aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Декабрь 2025
Пн Вт Ср Чт Пт Сб Вс
1234567
891011121314
15161718192021
22232425262728
293031