ADU-NUN PROFESSORU ŞƏFƏQ ABDULLAYEVANIN MONOQRAFİYASI ÇAPDAN ÇIXIB

Azərbaycan Dillər Universitetinin (ADU) Fəlsəfə və ictimai elmlər kafedrasının professoru Şəfəq Abdullayevanın ingilis dilində “Böyük Britaniyanın iqtisadiyyatı” adlı monoqrafiyası işıq üzü görüb. Monoqrafiyada Böyük Britaniyanın ümumi xarakteristikası, makroiqtisadi göstəriciləri, aparıcı sahələri, maliyyə-kredit, bank sistemi, sosial-iqtisadi problemləri araşırılaraq əks etdirilib. Müəllif monoqrafiyada Böyük Britaniyanın iqtisadiyyatının dünya arenasındakı əhəmiyyətindən, xarici iqtisadi əlaqələrindən və Azərbaycanla Böyük Britaniya arasında mövcud əlaqələrin əhəmiyyətindən bəhs edib. Kitab ali təhsil müəssisələrinin tələbələri, eləcə də digər oxucular üçün faydalıdır. Qeyd edək ki, Ş. Abdullayeva iki dərslik, dörd dərs vəsaiti, bir monoqrafiya, on beş dərs proqramı, 60-dan çox məqalə və tezisin müəllifidir. Elmi əsərləri Kanada, Niderland, Serbiya, Polşa, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Ukrayna və s. ölkələrdə dərc edilib. O, Respublika və xaricdə keçirilən beynəlxalq simpozium, seminar və konfransların fəal iştirakçısıdır.

image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Июнь 2026
Пн Вт Ср Чт Пт Сб Вс
1234567
891011121314
15161718192021
22232425262728
2930