«AD Scientific Index» dünya ölkələri arasında ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyəti, beynəlxaq arenada elm adamlarının elmi potensialının ölçülməsi üzrə beynəlxalq reytinq cədvəlidir. Azərbaycan üzrə Universitetlərin Reytinq cədvəli — 2025 (Azerbaijan All Universities Rankings — 2025) 22 dövlət, 5 özəl ali təhsil müəssisəsi olmaqla 27 ali təhsil müəssisəsi üzrə reytinq cədvəli hazırlanmışdır. «AD Scientific Index» elmi kadrların H indeksi, i10 Indeksi haqqında məlumat verə bilən yeganə mənbədir. Azərbaycan Dillər Universiteti ölkə üzrə 5-ci yeri tutur.
Xatırladaq ki, cədvəl son 6 ildə universitetin elmi bazasına olan sitatların, H indeksi yüksək olan alimlərin reytinq cədvəlini təqdim edir. Cədvəldə Azərbaycan Dillər Universiteti üzrə 44 alimin adı qeyd olunmuşdur. İxtisas üzrə ümumi H indeksinə (Subject Rankings, Total H Index) görə Azərbaycan Dillər Universiteti Respublikamızda Humanitar və Sosial elmlər üzrə 1-ci, Təhsil elm sahəsi üzrə 1-ci, İncəsənət və humanitar elmlər üzrə 1-ci, Tarix, fəlsəfə və teologiya üzrə 4-cü yerdədir. ADU-nun rektoru akademik Kamal Abdullanın Dilçilik və Ədəbiyyat sahəsi üzrə H indeksi 17-dir. Kamal Abdulla 454 sitat, 18 məqalə ilə cədvəldə Respublika üzrə I yeri tutur.

Oxşar xəbərlər
-
AZƏRBAYCAN ÜÇÜN İKİ YENİ MİKROGÖBƏLƏK NÖVÜ AŞKAR EDİLİB
-
“AZƏRBAYCANIN FAYDALI BİTKİ EHTİYATLARI: TƏDQİQİ VƏ TƏTBİQİ” KİTABININ I CİLDİ NƏŞR OLUNUB
-
ADPU-DA MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB
-
ADPK TƏLƏBƏLƏRİNİN HAZIRLADIĞI LAYİHƏ PRAKTİK TƏHSİLİN UĞURLU NÜMUNƏSİNƏ ÇEVRİLİB
-
“QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURUN ALİ SPORLU VƏ TOXUMLU BİTKİLƏRİNİN TAKSONOMİK SPEKTRİ” ADLI KITAB ÇAP OLUNUB
