Noyabrın 1-də Cifal İstanbul, Bağçaşəhər Universiteti, “Bilimsenol” Platforması, Azərbaycan Texniki Universiteti və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin əməkdaşlığı çərçivəsində “İqlim Dəyişikliyi Zirvəsi” konfransı keçirilib. Konfransda “Sıfır tullantı” panelində çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva tullantıların idarə olunması, səmərəli geridönüş, ətraf mühitə daha həssas gəncliyin yetişdirilməsində təhsil prosesinin rolundan və görülən işlərdən danışıb.
“İqlim dəyişikliyi. Yaşıl enerji” panelində çıxış edən fakültənin dekan müavini dos. Bəsti Əsədova isə iqlim böhranları, onlarla mübarizə tədbirləri və ekosistemlərin qorunması yolları ilə bağlı məsələlərə toxunub. Türkiyə və Azərbaycanın elm xadimləri, mütəxəssislər və ətraf mühit fəallarının iştirak etdiyi tədbirdə, həmçinin ADPU-nun Kimya və biologiya fakültəsinin tələbələrinin “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 münasibətilə ətraf mühitin qorunmasını təbliğ etmək məqsədilə tullantı məhsullarından hazırladıqları eksponatlardan ibarət “Atma, Yarat, Faydalan” adlı ekosərgi də nümayiş olunub.
Oxşar xəbərlər
-
AZƏRBAYCAN ÜÇÜN İKİ YENİ MİKROGÖBƏLƏK NÖVÜ AŞKAR EDİLİB
-
“AZƏRBAYCANIN FAYDALI BİTKİ EHTİYATLARI: TƏDQİQİ VƏ TƏTBİQİ” KİTABININ I CİLDİ NƏŞR OLUNUB
-
ADPU-DA MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB
-
ADPK TƏLƏBƏLƏRİNİN HAZIRLADIĞI LAYİHƏ PRAKTİK TƏHSİLİN UĞURLU NÜMUNƏSİNƏ ÇEVRİLİB
-
“QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURUN ALİ SPORLU VƏ TOXUMLU BİTKİLƏRİNİN TAKSONOMİK SPEKTRİ” ADLI KITAB ÇAP OLUNUB
