TƏLƏBƏLƏRİN KÖÇÜRÜLMƏSİ ÜÇÜN ELEKTRON SƏNƏD QƏBULUNUN MÜDDƏTİ UZADILIB

Tələbələrin köçürülməsi üçün sənəd qəbulunun müddəti 1 avqust, saat 18:00-a qədər uzadılıb.

Bu barədə «Pedaqoq.az» jurnalına Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, həmin tarixədək təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək istəyən tələbələr portalda qeydiyyatdan keçərək “şəxsi kabinet” yaratdıqdan sonra, istifadəçi adı və şifrədən istifadə etməklə “Ali və orta ixtisas təhsili pilləsində təhsilalanların köçürülməsi” xidmətinə daxil olub, köçürülmək üçün elektron müraciət formasını doldurub təsdiq edə bilərlər.

Qeyd edilib ki, köçürülmə üçün müraciət edən tələbələrin məlumatları təhsil müəssisələri tərəfindən yoxlanılır və müraciətin statusu barədə şəxsi kabinetə bildiriş göndərilir. Bu səbəbdən müraciətçilərə şəxsi kabinetini mütəmadi olaraq izləmək tövsiyə olunur.

image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Июнь 2026
Пн Вт Ср Чт Пт Сб Вс
1234567
891011121314
15161718192021
22232425262728
2930