Pedaqoq.az təhsil müəssisələrinin uğurlu məzunlarını tanıtmaq, onların nailiyyətlərini ictimaiyyətə çatdırmaq və Azərbaycan təhsilinin məzun bazasını formalaşdırmaq məqsədilə yeni “Məzunlar” bölməsini istifadəyə verib.
Ümumi təhsil məktəblərini, kollecləri, peşə təhsili müəssisələrini və ali məktəbləri öz məzunlarının uğurlarını bizimlə bölüşməyə dəvət edirik.
Məzunlarınız arasında elmdə, təhsildə, biznesdə, dövlət qulluğunda, mədəniyyətdə, idmanda, texnologiyada və digər sahələrdə uğur qazananlar varsa, onlar haqqında məlumatları Pedaqoq.az-a göndərin. Təqdim olunan məlumatlar əsasında ayrı-ayrı təhsil müəssisələrinin məzunları və onların nailiyyətləri barədə sistemli məlumat bazasının yaradılması nəzərdə tutulur.
Bu təşəbbüslə həm uğurlu məzunları daha geniş auditoriyaya tanıtmaq, həm də onların təhsil aldıqları müəssisələrin cəmiyyətə qazandırdığı insan kapitalını nümayiş etdirmək istəyirik.
Məzunlarınızın uğurlarını bizimlə paylaşın – onların nailiyyətləri həm təhsil müəssisənizin tarixinin, həm də Azərbaycan təhsilinin uğur hekayəsinin bir hissəsidir.
