family, happy, swing, nature, park

Hansı kişilərdə qız övladının olma ehtimalı daha yüksəkdir?

Elmi araşdırlamardan artıq bizə məlumdur ki, insan orqanizminin irsi məlumatları (dəri, hər hansı irsi xəstəlik, gözlərin, saçların rəngi və s.) məhz xromosomlar daşıyır. Cinsi xromosomlar X və Y olur. XX – qadın, XY – kişi fenotipidir. Kişi cinsi hüceyrələri olan spermatozoidlər, yəni X və ya Y xromosomu daşıya bilər. Qadın cinsi hüceyrəsi olan yumurta hüceyrəsi yalnız X xromosomu daşıyır. Əgər yumurta hüceyrəsini X xromosomu daşıyan spermatozoid mayalandırsa qız (XX), Y xromosomu daşıyan spermatozoid mayalandırsa oğlan uşağı (XY) dünyaya gələcək.

Bəs bunu qabaqcadan proqnozlaşdırmaq mümkündürmü? Cavab budur ki, tam mümkün deyil. Amma…

Böyük Britaniyanın Aberistuit Universitetinin alimləri çoxlsaylı statistik və genetik materialları təhlil etdikdən sonra belə nəticəyə gəliblər ki, bir neçə bacısı və bibisi olan kişilərin daha tez-tez qız övladları, və ya əksinə, nəsildə kişilər çox olanlarda (qardaşlar, əmilər) daha tez-tez oğlan övladları dünyaya gəlir.

Qeyd edək ki, həmin alimlər bundan qabaq aşkar etmişdilər ki, 1-ci və 2-ci qan qrupu olanlarda qız övladlarının dünyaya gəlməsi ehtimalı daha yüksəkdir.

[wp_objects_pdf]

image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Май 2026
Пн Вт Ср Чт Пт Сб Вс
 123
45678910
11121314151617
18192021222324
25262728293031