Male Eastern St. Anthony’s frog (Hyla orientalis) at a location outside the Chernobyl Exclusion Zone (Ukraine), 2019. Credit: Germán Orizaola

ÇERNOBIL RADİASİYASI HANSI CANLILARDA TƏKAMÜLƏ SƏBƏB OLUB?

Çernobılda baş vermiş nüvə fəlakətindən sonra sağ qalmış və nəsil artırmış heyvanları müşahidə edən ispan tədqiqatçılar son dərəcə sürətli bir təkamül prosesinin şahidi olublar.

Heyvanların radiasiyalı ortama adaptasiya olub-olmadığını müəyyən etməyə çalışan Oviedo Universitetinin tədqiqatçıları, 2016-cı ildən bəri apardıqları araşdırmalarının nəticəsində məlum olub ki, o bölgəyə xas olan parlaq yaşıl rəngli qurbağalar nəsillər içərisində rənglərini dəyişərək qara rəngə çevriliblər.

Araşdırmaçılar qeyd edir ki, yaşıl ağac qurbağaları həmən bölgədə radiasiyanın ən çox olduğu yerdən aza doğru rəngləri qaradan tünd yaşıla və açıq yaşıla doğru paralel olaraq dəyişir.

Radiasiyaya qarşı melanin təsiri.

Melaninin, orqanizmdə sıx olduğu yerlərdə tünd rəngli piqment effekti yaratdığını bilirik.

Tədqiqatçıların fikrincə, bu piqmentlər ultrabənövşəyi şüaların və eyni zamanda təhlükəli radiasiya enerjisinin bir hissəsini udaraq mənfi təsirlərini azalda bilir.

Bu səbəbdən Çernobılın qara (yaşıl) qurbağaları melaninin qoruyucu təsiri nəticəsində sağ qalaraq nəsillərini davam etdirə biliblər.

Araşdırmanın rəhbəri yazır:

«Araşdırmalarımızın nəticəsi göstərir ki, Çernobıl yaşıl ağac qurbağaları, populyasiyaları daxilində radiasiyaya ən çox dözümlü olanları həyatda qalaraq nəsillər boyunca sürətli təkamül keçirib.»

Mənbə: Phys.org

image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Июнь 2025
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30