Yaponiyanın Kyuşu Universitetində çalışan alimlər laboratoriya şəraitində süni bətn içərisində yetişdirilərək «doğulacaq» körpələrin 2028-ci ilə qədər mümkün ola biləcəyini açıqlayıblar.
Tədqiqatçılar özlərinin yaratdığı metodla siçanlar üzərində testlərə başlayıblar. Belə ki, erkək siçanların dəri hüceyrələrini kök hüceyrələrə çevirərək sintetik analıq üsulu ilə körpə siçanlar yaratmağı bacarıblar.
Bu üsul kök hüceyrə və reproduktiv biologiya sahəsində irəliyə doğru atılmış ən böyük addımlardan biri hesab edilir. Mütəxəssislərin fikrincə, bu prosesi nəzəri olaraq insanlar üzərində sınaqdan keçirmək mümkündür.
Müxtəlif kök hüceyrələrdən alınacaq yumurtalar laboratoriya şəraitində mayalanaraq yetişdiriləcək və süni bətnlərdən uşaqlar dünyaya gələcək.
Mənbə: Nature
Oxşar xəbərlər
-
ANA TƏRBİYƏSİ GƏLƏCƏK NİKAHA NECƏ TƏSİR EDİR? — QIZ VƏ OĞLAN BÖYÜDƏRKƏN EDİLƏN SƏHVLƏR
-
MEHRİBAN ƏLİYEVA – ELMƏ, TƏHSİLƏ VƏ AZƏRBAYCANIN İNTELLEKTUAL GƏLƏCƏYİNƏ XİDMƏT EDƏN FƏALİYYƏT
-
MÜASİR MƏKTƏBDƏ OXU MƏDƏNİYYƏTİNİN FORMALAŞDIRILMASI AKTUALLIQ KƏSB EDİR
-
BƏZİ ŞAGİRDLƏR NİYƏ ÖYRƏNMƏK İSTƏMİR?
-
TOKKATSU — TƏDRİSDƏN TƏRBİYƏYƏ APARAN YAPON MODELİ
