Dişi əqrəblər üçün seksdən əvvəl erkəyin onu sancması ən yaxşı erkəyi təyin etmək üçün bir vasitə ola bilər.
Əqrəblərin uzun cütləşmə ritualları vardır və bu zaman erkəklər dişiləri qısqaclarından tutaraq oyuna dəvət edir, daha sonra isə quyruğundan buraxdığı ifrazatla onu isladır. Əgər dişi buna reaskiya verərək qaçmırsa və ya erkəyi yemək üçün onun üzərinə hücum etmirsə, erkək onu bir və ya üç dəfə neşdəri ilə sancır. Bundan sonra, əgər hər şey yolunda olarsa, erkək öz spermalarını dişiyə ötürür.
Bəzi mütəxəssislərin fikrincə, əqrəblərdə olan bu unikal xüsusiyyət «tabe olmayan dişiləri» ram etmək üçündür. Ancaq dişilərin bəzilərinin buna heç bir mənfi reaksiya verməməsi, onların bu sancılmaları qiymətləndirdiyini və bunu erkəklərin hansının daha yaxşı olduğunu seçməyin bir yolu kimi gördüklərini düşünməyə əsas verir. Əgər erkəyin bu sancmaları dişini qane edərsə, o zaman o sperma paketini ondan qəbul edir.
Mənbə: New Scientist/Female scorpions get stung during sex – and they seem to welcome it.
