Buzla örtülü olan Yupiterin peyki Avropa 24 saat ərzində 1000 ton oksigen istehsal edir. Bu, bir milyon insanın bir gün ərzində nəfəs almasına kifayət edəcək qədər böyük bir miqdardır.
NASA-nın Yupiterə göndərdiyi «Juno» missiyasında çalışan elm adamları, Yupiterin peyki olan Avropada istehsal olunan oksigen miqdarının əvvəlki tədqiqatlarda aşkar edilən miqdarlardan daha az olduğu təyin ediblər. 4 Martda «Nature Astronomy» jurnalında nəşr edilən məqalədə, JADE cihazı tərəfindən əldə olunan göstəricilərdən istifadə edilərək, buz təbəqəsinin səthindən yayılan hidrogen qazının miqdarı hesablanmış və uyğun oksigen dəyərləri tapılmışdır. Alimlər istehsal olunan oksigen miqdarının təxminən saniyədə 12 kiloqram olduğunu aşkar etdilər. Əvvəlki tədqiqatlarda bu rəqəmin saniyədə bir neçə kiloqramdan 1000 kq-a qədər olduğu hesablanmışdı. Halhazırki əldə edilən nəticələrə əsasən, Avropanın səthində bir gündə 1000 ton oksigen istehsal edilir və bu, bir milyon insanın nəfəs alması üçün kifayət edə biləcək bir rəqəmdir.
Alimlər Avropanın buz təbəqəsinin altında böyük bir duzlu okeanın olduğunu düşünürlər və oradakı mümkün həyat əlamətlərinin axtarışındadırlar.
Mənbə: nasa.gov\NASA’s Juno Mission Measures Oxygen Production at Europa
Foto: NASA/JPL-Caltech/SWRI/PU
Hazırladı: Üzeyir Ağazadə
Oxşar xəbərlər
-
ANA TƏRBİYƏSİ GƏLƏCƏK NİKAHA NECƏ TƏSİR EDİR? — QIZ VƏ OĞLAN BÖYÜDƏRKƏN EDİLƏN SƏHVLƏR
-
MEHRİBAN ƏLİYEVA – ELMƏ, TƏHSİLƏ VƏ AZƏRBAYCANIN İNTELLEKTUAL GƏLƏCƏYİNƏ XİDMƏT EDƏN FƏALİYYƏT
-
MÜASİR MƏKTƏBDƏ OXU MƏDƏNİYYƏTİNİN FORMALAŞDIRILMASI AKTUALLIQ KƏSB EDİR
-
BƏZİ ŞAGİRDLƏR NİYƏ ÖYRƏNMƏK İSTƏMİR?
-
TOKKATSU — TƏDRİSDƏN TƏRBİYƏYƏ APARAN YAPON MODELİ
