Tələbələ, magistrant və doktorantların təqaüdləri artırıldı

Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.

“Pedaqoq.az” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla təqaüdlərin məbləğləri sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib:

doktorantura səviyyəsi üzrə:

— elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat;

— fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat;

ali təhsil müəssisələrində:

magistratura səviyyəsi üzrə:

— akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 manat;

— akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 180 manat;

— akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 120 (yüz iyirmi) manat;

bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:

— akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 200 manat;

— akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat;

— akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat;

orta ixtisas təhsili müəssisələrində:

— akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 110 manat;

— akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 90 manat;

— akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 70 manat;

peşə təhsili müəssisələrində:

— akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 110 manat;

— akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 90 manat;

— akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 70 manat.

image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Май 2026
Пн Вт Ср Чт Пт Сб Вс
 123
45678910
11121314151617
18192021222324
25262728293031