AZƏRBAYCANLI ALİMLƏRİN “SCOPUS”DA SAYI 13 MİNƏ ÇATDI

Azərbaycanlı alimlərin «Scopus» elmmetrik verilənlər bazasında göstəriciləri 2024-cü ilin ilk 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ciddi şəkildə yaxşılaşıb.

Bu göstəricilərə istifadəçi sayı, dərc olunan elmi işlərin sayı, elmi işlərin sitatları, sahə üzrə istinad təsiri, dərc olunduqları jurnalların keyfiyyəti və beynəlxalq əməkdaşlıq daxildir.

Belə ki, ölkəmiz üzrə “Scopus”dakı istifadəçi sayı təkcə bu ilin ilk 8 ayı ərzində ötən ilə nisbətdə 2 dəfədən çox artaraq 13 minə çatıb.

Bununla yanaşı, azərbaycanlı alimlərin «Scopus»da dərc olunan məqalələrində də artım müşahidə edilir. Azərbaycanlı alimlərin ötən il 1800-dən bir qədər çox olan məqalə sayı bu il artaraq 2382-ə bərabər olub. Nəzərə alsaq ki, 2024-cü ildə dərc olunan elmi işlərin sayımı 2025-ci ilin may-iyun aylarınadək davam edəcək, ölkə üzrə ümumi elmi işlərin sayının tarixdə ilk dəfə 3000-dən çox olacağı istisna edilmir.

Dərc olunan elmi işlərin sayı ilə yanaşı keyfiyyəti də artmaqdadır. Belə ki, alimlərimizin bazadakı məqalələrinin 11.2%-i dünyanın ən çox istinad alan 10% elmi işi arasındadır. Ötən il bu göstərici 9.2%-ə bərabər olmuşdu. Azərbaycanın sahə üzrə istinad təsiri (Field Weighted Citation Impact – FWCI) 2024-cü ildə dünya üzrə orta həddi (1.0) keçərək 1.97-yə çatıb. Bu isə dərc olunan bütün elmi işlərin öz sahəsi üzrə ortalama 97% daha çox istinad alması deməkdir. Ötən il bu göstərici 1.05-ə bərabər idi.

Əlavə olaraq, 2024-cü ilin ilk 8 ayı ərzində dərc olunan məqalələrin 1481-i Q1 (996) və ya Q2 (485) kvartilli jurnallarda dərc olunub. Bu göstərici isə ötən ilin eyni dövründə 733-ə (Q1 – 486, Q2 – 257) bərabər idi. 

Ötən ilin 12 ayı ərzində beynəlxalq əməkdaşlıq çərçivəsində (yəni xarici həmmüəlliflərlə birgə) dərc olun elmi işlərin sayı 856 (47%) idisə, bu göstərici cari ilin ilk 8 ayı ərzində 1594-ə (67%) yüksəlib.

“Scopus” və «Web of Science»-da indekslənən elmi jurnallarda məqalə dərc etdirmək istəyənlər «Pedaqoq.az» jurnalının rəsmi elektron poçt ünvanı vasitəsi ilə mütəxəssislərimizə müraciət edə bilər. Ali məktəb müəllimləri üçün güzəştlər nəzərdə tutulmuşdur.

image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Июль 2025
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031