# Pedaqoq.az > Həftəlik elmi-pedaqoji jurnal ## Posts - [“Zəfər Yolunun Memarı: İlham Əliyev”](https://pedaqoq.az/?p=1797): Hər bir xalqın taleyində mühüm yer tutan şəxsiyyətlər olur. Bu şəxsiyyətlər yalnız siyasi qərarları ilə deyil, həm də zamanın sınaqlarından çıxan liderlik keyfiyyətləri, xalqla bağlılıq və dövlətçilik mövqeyi ilə yadda qalırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də məhz belə simalardan biridir. Onun doğum günü təkcə bir tarix deyil, həm də Azərbaycanın müasir dövlətçilik yolunun müəyyənləşdiyi bir mərhələnin simvolu kimi qiymətləndirilir. 1961-ci il 24 dekabr tarixində dünyaya gələn İlham Əliyev taleyini dövlət idarəçiliyinə həsr etmiş şəxsdir. Atası — Ümummilli lider Heydər Əliyevin dövlətçilik məktəbi onun dünyagörüşünün formalaşmasında xüsusi rol oynamışdır. Lakin İlham Əliyevin siyasi arenaya çıxışı və liderlik mövqeyinin möhkəmlənməsi yalnız… - [500 HƏRFLİK HEKAYƏ MÜSABİQƏSİ](https://pedaqoq.az/?p=1794): Hörmətli tələbələr, magistrantlar, doktorantlar və müəllimlər!Pedaqoq.az platforması kiçik bir yaradıcılıq müsabiqəsi elan edir. Şərtlərimiz çox sadədir: 500 hərfdən ibarət hekayə yazmaq. Siz öz dünyagörüşünüzə, həyat fəlsəfənizə və fantaziyanıza güvənərək istədiyiniz mövzuda maraqlı bir hekayə ərsəyə gətirə bilərsiniz. Hekayə indiyədək heç bir yerdə çap olunamamalı və hekayə müəllifinin intellektual məhsulu olmalıdır. Hekayələr əvvəlcə jüri tərəfindən ələnib seçiləcəkdir. Seçilmiş hekayələr açıq səsverməyə çıxarılacaqdır. Ən çox səs toplayan 3 hekayə I, II və III yer olmaqla qalib elan olunacaqdır. Hekayələrinizi www.pedaqoq.az@gmail.com poçt ünvanımıza mətn şəklində göndərməlisiniz. Həcm az olduğuna görə, Word proqramda yazmağa ehtiyac yoxdur. Əmin olmalısınız ki, mətndəki hərflərin sayı beş yüzü… - [XALQIN YADDAŞINDA YAŞAYAN LİDER - HEYDƏR ƏLİYEV](https://pedaqoq.az/?p=1789): Heydər Əliyevin siyasi fəaliyyəti təkcə bir dövrü deyil, bütöv bir tarixi mərhələni əhatə edir. Onun rəhbərliyi ilə Azərbaycan çətin sınaqlardan keçərək öz dövlətçilik ənənələrini yenidən bərpa etdi. Ulu Öndər xalqın milli-mənəvi dəyərlərini daim uca tutmuş, dilimizi, mədəniyyətimizi, tariximizi dövlət siyasətinin əsas prioritetlərinə çevirmişdir. Məhz bu siyasət sayəsində milli kimliyimiz qorunmuş, azərbaycançılıq ideologiyası ümumxalq birliyi səviyyəsinə yüksəlmişdir. Heydər Əliyevin ən böyük xidmətlərindən biri də sabitliyin və təhlükəsizliyin təmin olunması idi. O, siyasi uzaqgörənliyi və qətiyyəti ilə ölkədə vətəndaş qarşıdurmasının qarşısını aldı, anarxiya və özbaşınalığa son qoydu. Dövlət institutlarının möhkəmləndirilməsi, ordu quruculuğu və hüquqi dövlət prinsiplərinin bərqərar olması onun məqsədyönlü siyasətinin nəticəsi… - [BAKI ŞƏHƏRİNDƏ “III BEYNƏLXALQ APİTERAPİYA VƏ TƏBİƏT” KONQRESİ KEÇİRİLİB](https://pedaqoq.az/?p=1782): 21-23 noyabr 2025-ci il tarixdə Bakı şəhərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunda “III Beynəlxalq Apiterapiya və Təbiət Konqresi” keçirilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutu, Naxçıvan Dövlət Universiteti, Türkiyənin Karadeniz Texnik Universiteti və Gümüşhane Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “III Beynəlxalq Apiterapiya və Təbiət Konqresi”ndə respublikamızla yanaşı bir sıra xarici ölkələrdən dəvət olunmuş tədqiqatçılar da qatılıb. İlk dəfə 2023-cü ildə Naxçıvan şəhərində, 2024-cü ildə Türkiyənin Trabzon şəhərində keçirilmiş, 3-cü isə Bakı şəhərində təşkil olunan “III Beynəlxalq Apiterapiya və Təbiət Konqresi”nin əsas məqsədi apiterapiya (bal, vərəmum, arı südü, arı zəhəri və s.) və təbiətə əsaslanan elmlər… - [BOTANİKA İNSTİTUTUNDA YENİ LABORATORİYALAR AÇILIB](https://pedaqoq.az/?p=1779): İsveçrə Milli Elm Fondunun (SNSF) dəstəyi ilə AR ETN Botanika İnstitutu və İsveçrə Meşə, Qar, Landşaft Federal Tədqiqat İnstitutu (WSL) arasında “Azərbaycanda ağaclarla əlaqəli patogen göbələklər və oomisetlər: müxtəliflik, yayılma, yerli təsir və Avropa ağac növləri üçün potensial təhlükə” adlı ikitərəfli layihə çərçivəsində Mikologiya və ibtidai bitkilər şöbəsinin nəzdində iki yeni – mikoloji və molekulyar bioloji laboratoriya yaradılıb. 16 oktyabr 2025-ci il tarixində yeni laboratoriyaların rəsmi açılış tədbiri keçirilib. Tədbiri İnstitutun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva açaraq qonaqları salamlayıb, institutun fəaliyyəti barədə geniş məlumat verib. Cənab Tomas Ştəli və AR ETN EATDA-nın elmi müəssisələrlə iş şöbəsinin müdiri… - [ABŞ İNSTİTUTUNUN BAŞ İCRAÇI DİREKTORU ADPU-NUN QONAĞI OLUB](https://pedaqoq.az/?p=1760): Oktyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ABŞ- nin Mədəniyyət və Təhsil İnstitunun (CCEI) baş icraçı direktoru və İdarə Heyətinin sədri, YUNESKO-nun 41-ci Baş Konfransının Mədəniyyət Komissiyasının prezidenti Vasif Eyvazzadə ilə görüş keçirilib. Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov və Təlim-Tədris Mərkəzinin müdiri Xalidə Həmidova iştirak edib. Tərəflər Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə CCEI arasında təhsil, mədəniyyət və peşəkar inkişaf sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüş zamanı tələbə və müəllimlərin beynəlxalq proqramlara qoşulma perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, tərəflər gələcək əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Görüşdən sonra qonağa universitetin infrastrukturu və təhsil… - [BOTANİKA İNSTİTUTUNDA 7 OKTYABR - ÜMUMDÜNYA LAYİQLİ ƏMƏK GÜNÜ QEYD OLUNUB](https://pedaqoq.az/?p=1756): Bu gün AR ETN Botanika İnstitutunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş seminar keçirilib. Seminar Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva açaraq “Ümumdünya Layiqli Əmək Günü”nün mahiyyəti, ölkəmizdə layiqli əməyin təmin olunması istiqamətində  görülən işlər, əməyin təşkili prosesində tətbiq olunan qaydalar barədə danışıb. Professor institut əməkdaşları üçün yaradılan səmərəli iş mühitini və bu sahədə qarşıda duran vəzifələri də diqqətə çatdırıb. Qeyd edib ki, 7 oktyabr — Ümumdünya Layiqli Əmək Günü ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır. İnstitutun Həmkarlar Komitəsinin sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Şəkər Muxtarova bildirib ki, hər il 7 oktyabr “Ümumdünya Layiqli Əmək Günü” kimi qeyd olunur və… - [TOKKATSU - TƏDRİSDƏN TƏRBİYƏYƏ APARAN YAPON MODELİ](https://pedaqoq.az/?p=1747): Tokkatsu — Yaponcada tokubetsu katsudō (特別活動) sözlərinin qısaltmasıdır, “xüsusi fəaliyyətlər” deməkdir. Yapon məktəblərində akademik olmayan fəaliyyətləri, sinifdən kənar və sinif içi sinif olduqda dərslə birbaşa bağlı olmayan, lakin ümumi tərbiyə və sosial bacarıqların inkişafına xidmət edən fəaliyyətləri əhatə edir. Tokkatsu elə qurulur ki, şagirdlər yalnız “müəllim dedikləri dərsi öyrənən” olmasınlar, həm də məsuliyyət, əməkdaşlıq, təşəbbüs göstərmə, özünüidarə, qrup içi ünsiyyət, fiziki sağlamlıq və emosional bacarıqlar kimi qeyri-akademik (non-cognitive) bacarıqlar inkişaf etsin. Məsələn, tokkatsu çərçivəsinə sinif yığıncaqları (homeroom / class meetings), məktəbin təmizlənməsi, yemək xidmətində iştirak, klublar, şagirdlər arasında liderlik vəzifələri, məktəb tədbirləri və bayramlar daxildir. Yaponiyanın milli kurikulumu (“Course of… - [MÜƏLLİMLİK PEŞƏSİNİN CƏMİYYƏTİN İNKİŞAFINDAKI STRATEJİ ROLU](https://pedaqoq.az/?p=1742): “Ziyalı olmasa, kor olar millət,Caynaqlar altında hey çəkər zillət.Sənətin hamısı gözəldir, əlbət,Bütün peşələrin gözüdür Müəllim!”(Nüsrət Kəsəmənli) Müəllimlik peşəsi insan cəmiyyətinin mədəni, intellektual və sosial inkişafında bənzərsiz rol oynayan fundamental fəaliyyət sahələrindən biridir. Tarixi perspektivdən baxıldıqda, müəllimlər yalnız bilik ötürücüləri kimi deyil, eyni zamanda şəxsiyyətlərin formalaşmasında, etik və estetik dəyərlərin qorunub saxlanılmasında, həmçinin gələcək nəsillərin cəmiyyətə inteqrasiyasında əsas dayaq rolunu oynamışlar. Müəllimin fəaliyyəti yalnız faktların ötürülməsi ilə məhdudlaşmır. Müəllim həm də şagirdlərin, tələbələrin düşüncə tərzini, yaradıcı qabiliyyətlərini və analitik bacarıqlarını inkişaf etdirən təsir mexanizmi kimi çıxış edir. Müasir dövrdə müəllimlik yalnız pedaqoji fəaliyyətin bir forması deyil, həm də sosial və mədəni… - [VALİDEYN-UŞAQ KOMMUNİKASİYASI ÜÇÜN “CHAT2LEARN” ALƏTİ](https://pedaqoq.az/?p=1734): Çikaqo Universitetinin Harris İctimai Siyasət Məktəbi tərəfindən hazırlanmış və Beker Friedman İnstitutu tərəfindən cari ayda “Chat2Learn: Valideyn–Uşaq kommunikasiyasını təkmilləşdirmək və erkən uşaqlıq dövründə dil inkişafını təşviq etmək üçün alət” adlı tədqiqat yayımlanıb. Tədqiqat ailədaxili dil mühitini yaxşılaşdırmaq üçün texnologiya əsaslı yeni yanaşmanı təqdim edir. Müəlliflər aparılan tədqiqatla valideyn-uşaq dialoqunun yalnız ailədaxili məsuliyyət deyil, həm də sosial-iqtisadi inkişafın əsas dayaq nöqtələrindən biri olduğunu sübut etməyə səy göstəriblər. Tədqiqatın məqsədi valideynlərin övladları ilə qurduğu dil əlaqəsi uşağın gələcək akademik və sosial nailiyyətlərini formalaşdırır. Bu təkcə təhsil sahəsinin yox, ümumilikdə insan kapitalının inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Beynəlxalq elmi araşdırmalara görə, uşağın qarşılaşdığı söz… - [ATLANTİK OKEANINDA YENİ TEKTONİK QIRILMA BAŞ VERİB](https://pedaqoq.az/?p=1726): Alimlər Atlantik okeanının dərinliklərində gələcəkdə dağıdıcı zəlzələlərə və sunamilərə səbəb ola biləcək yeni tektonik qırılma qeydə alıblar. Bu barədə nüfuzlu “Nature Geoscience” jurnalında dərc olunan araşdırmada məlumat verilir. Uzun illərdir ki, Atlantik okeanı seysmik cəhətdən nisbətən sakit bölgə hesab olunurdu. Burada adətən böyük zəlzələlər və subduksiya zonaları müşahidə olunmurdu. Lakin elm adamları xatırladırlar ki, Portuqaliyanın Atlantik sahillərində artıq güclü təkanlar qeydə alınıb. Xüsusilə, 1969-cu ildə baş verən dağıdıcı zəlzələ elm dünyasında böyük maraq doğurmuşdu. Çünki bu hadisə, əslində, yalnız subduksiya zonaları üçün xarakterik olan geoloji əlamətləri özündə göstərirdi. Bu isə o dövrdə “Atlantikdə də yeni plitə hərəkətləri ola bilərmi?” sualını… - [KAMAL ABDULLANIN YENİ KİTABI ALMANİYADA ÇAP OLUNUB](https://pedaqoq.az/?p=1715): Xalq yazıçısı Kamal Abdullanın aforizmlər və seçilmiş fikirlər toplusu olan “Seçmələrin Seçməsi – Qranulalar” kitabı Almaniyada alman dilində çap olunub. Kitab “Epubli-Pem” nəşriyyatında nəşr edilib. Əsəri alman dilinə H. Hermann Kiel tərcümə edib. Redaktoru Orxan Arasdır. Kitabda müəllifin uzun illər ərzində yazdığı şeir, esse, pyes, hekayə, roman, publisistika və elmi məqalələrdən seçilmiş, “qranula” – yəni mətnin cövhəri hesab olunan fikirlər ilk dəfə ayrıca şəkildə təqdim olunur. Müəllif kitabın ön sözü kimi “Məni sevən oxucuma son hədiyyəm” başlığı altında aşağıdakı fikirləri oxuculara ünvanlayır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər… - [PROFESSOR RÜFƏT HÜSEYNZADƏNİN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRDÜ](https://pedaqoq.az/?p=1710): Metodik vəsaitin müəllifləri Professir Rüfət Lətif oğlu Hüseynzadə və Dosent Sultanəli Şükür oğlu Qurbanovdur. Cəmiyyətin inkişafı, insanların rifah halının yüksəlişi, onların təhsili, tərbiyəsi, mədəni davranışı, səmərəli fəaliyyəti müəllimin pedaqoji fəaliy- yətindən, onun fədakar əməyindən çox asılıdır. Müəllim bu günkü yetişən nəslə təhsil verməklə millətin gələcəyini hazırlayır. Ulu Öndər Heydər Əliyev demişdir: “Təhsil millətin gələcəyidir”. Müəllimlik cəmiyyətin ən şərəfli və ən hörmətli peşəsidir. Ulu Öndər Heydər Əliyev müəllim adına, müəllim əməyinə, fəaliyyətinə daim böyük qiymət vermiş, bu şərəfli əmək sahiblərinin fəaliyyətini həmişə yüksək dəyərləndirərək demişdir: Mən yer üzündə müəllim adından yüksək və şərəfli bir ad tanımıram! Bu qiymətli fikirlər dahi rəhbərin… - ["SCOPUS" JURNALLARLA BAĞLI ARAŞDIRMANIN NƏTİCƏSİNİ TƏQDİM ETDİ](https://pedaqoq.az/?p=1707): 2025-ci il avqustun 8-i, cümə günü axşam, Scopus elmi jurnalların indeksləşdirilməsi ilə bağlı yenilənmiş məlumatları açıqladı. “Məqalələr Akademiyası” komandası həftəsonu bu siyahını hazırladı ki, siz dəyişiklikləri birinci biləsiniz və siyahıdan çıxarılmış jurnallardan xəbərdar olasınız.İyul yenilənməsində rəsmi olaraq dörd jurnal siyahıdan çıxarıldı. Çıxarılmış jurnallardan birinin fəaliyyətinin dayandırılması ilə bağlı nümunəyə buradan baxa bilərsiniz: https://www.scopus.com/sourceid/29572 Səbəblər — şübhəli redaksiya keyfiyyəti və outlier behaviour adlandırılan haldır. Scopus bu termin altında “jurnalın anormal davranışı”nı nəzərdə tutur — bunun haqqında daha ətraflı məqaləmizdə oxuya bilərsiniz.Bu dəyişikliklər bir daha təsdiqləyir ki, Scopus-da indekslənmək — hətta nüfuzlu jurnallar üçün belə sabitliyin zəmanəti deyil. Buna aşağıdakı hallar daxildir:… - [ALİYƏ ZEYNALLINI TƏBRİK EDİRİK!](https://pedaqoq.az/?p=1697): Siyasi idarəetmə fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə məzunu Aliyə Zeynallı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramının” qalibi kimi University of Edinburgh, Public Policy ixtisası üzrə magistratura səviyyəsində təhsil almaq hüququ qazanıb. Aliyəni təbrik edir, uğurlar arzu edirik! - [MÜHARİBƏDƏN SÜLHƏ: GƏNCLƏRİN DÜNYAGÖRÜŞÜ VƏ YENİ DÖVR](https://pedaqoq.az/?p=1688): Nigar İsmayılovaAzərbaycan Dövlət Pedaqoji UniversitetiMəktəbəqədər təhsilin pedaqogikası kafedrasıPedaqogika üzrə fəlsəfə doktoru, dosent əvəzi Cənubi Qafqaz regionu: XX əsrin sonlarından etibarən uzunmüddətli münaqişəocaqlarından biri olub. Azərbaycan və Ermənistan arasında Qarabağ uğrunda başlanan mübarizə 1988-2025-ci illər arasında müxtəlif mərhələlərdə hərbi əməliyyatlara çevrilib. Bu münaqişə təkcə iki ölkənin siyasi və iqtisadi həyatına deyil, həm də regionun beynəlxalq münasibətlər sistemindəki mövqeyinə təsir göstərib. ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə – 08 avqust 2025-ci il tarixində ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanan sülh müqaviləsi Cənubi Qafqazın ən uzun sürən münaqişələrindən biri – 35 illik… - [SÜLH - TƏHSİLİN VƏ GƏNCLİYİN GƏLƏCƏYİNİN ZƏMANƏTİDİR](https://pedaqoq.az/?p=1682): Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət daşıyan sülh müqaviləsinin imzalanması ölkə ictimaiyyətində böyük rəğbət hissi doğurub. Təhsil ictimaiyyətinin nümayəndələri də bu tarixi hadisəyə öz münasibətlərini bildirir, sülhün gənc nəslin təlim-tərbiyəsində yaradacağı müsbət təsirləri vurğulayırlar. Füzuli rayon 3 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə İmanova da redaksiyamıza ünvanladığı məktubunda sülhün təhsil və gənclərin gələcəyi üçün əhəmiyyətini bölüşüb. Həmin yazını diqqətinizə çatdırırıq: Hörmətli cənab Prezident! Məktəb kollektivi və şagirdlərimiz adından ölkəmizdə sülhün bərqərar olması istiqamətində atdığınız tarixi addıma görə Sizə dərin təşəkkürümü bildirirəm. Sülh müqaviləsinin imzalanması gələcək nəsillərin təhlükəsiz və firavan şəraitdə təhsil almasına, bilik və bacarıqlarını azad şəkildə inkişaf etdirməsinə möhkəm zəmin… - [ADPU-DAN MÖHTƏŞƏM FÜRSƏT: "UĞUR" XÜSUSİ TƏQAÜD PROQRAMI](https://pedaqoq.az/?p=1679): ADPU-da yeni qəbul olunan tələbələr üçün «UĞUR» xüsusi təqaüd proqramı təsis edilib. 600 bal və daha yüksək nəticə ilə Azərbaycan Dövlət Pedaqoji Universitetini seçən ilk 10 nəfər tələbəyə ilk tədris ilinin birinci semestri ərzində aylıq 200 AZN dəyərində xüsusi «UĞUR» təqaüdü alacaqlar. Qeyd edək «UĞUR» xüsusi təqaüd proqramı ən yüksək balla ADPU-ya qəbul olunaraq «Firudin bəy Köçərli» təqaüdü (1 il ərzində, aylıq 125 AZN) alan tələbədən sonrakı, 600 bal və daha yüksək nəticə ilə universitetə qəbul olunan ilk 10 nəfər tələbəyə veriləcək. - [MAGİSTRATURAYA SƏNƏD QƏBULUNUN MÜDDƏTİ UZADILDI](https://pedaqoq.az/?p=1673): Ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesi 2025-ci ilin 4 avqust tarixinədək uzadılıb. “Pedaqoq.az” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. - [AĞDƏRƏ RAYONUNDA BOTANİKİ TƏDQİQATLAR APARILIB](https://pedaqoq.az/?p=1670): AR ETN Botanika İnstitutunun Herbari şöbəsinin əməkdaşları tərəfindən Ağdərə rayonunda işğaldan sonra ilk dəfə olaraq geniş botaniki tədqiqatlar aparılıb. Ekspedisiyanın məqsədi 30 ilə yaxın müddətdə erməni işğalı altında qalmış Ağdərə və ətraf ərazilərin bioloji müxtəlifliyi, mövcud floristik vəziyyətin qiymətləndirilməsi, bu ərazilərdə yayılan çox sayda bitki növlərinin müqayisəli təhlili, yeni növlərin, yeni yayılma  yerlərinin, həmçinin endemik və nadir, Qırmızı kitaba düşən növlərin əsaslı monitorinqinin aparılması olub. Əsasən meşəlik ərazilərdən ibarət olan Ağdərə rayonundan 70-ə qədər bitki növü yığılıb. Digitalis ferruginea L., Epipactis palustris, Hylotelephium maximum (L), Chrysojasminum friticans (L.), Phedimus spurius kimi növlər ilk dəfə olaraq Ağdərə rayonundan Herbari fonduna (yeni yaradılan qalereyaya) daxil ediləcək. Yay fəsli olmasına baxmayaraq ərazidə erkən… - [Tələbələ, magistrant və doktorantların təqaüdləri artırıldı](https://pedaqoq.az/?p=1668): Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb. “Pedaqoq.az” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla təqaüdlərin məbləğləri sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib: doktorantura səviyyəsi üzrə: — elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat; — fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat; ali təhsil müəssisələrində: magistratura səviyyəsi üzrə: — akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 manat; — akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 180 manat; — akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 120 (yüz iyirmi) manat; bakalavriat (əsas (baza ali) tibb… - [ALİ TƏHSİL VƏ SÜNİ İNTELLEKT: HAZIRSINIZMI, DƏYİŞİKLİK GƏLİR!](https://pedaqoq.az/?p=1663): Dünya Bankı tərəfindən «Ali Təhsildə Süni İntellekt İnqilabı: Bilməli olduqlarınız» adlı hesabat hazırlanıb.  “Azərbaycan müəllimi” xəbər verir ki, Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin iyun sayında hesabatdan çıxarışlara yer verilib. Hesabatda süni intellektin ali təhsil sistemlərinə inteqrasiyasının əsas istiqamətləri, əldə olunan ilkin nəticələr, mövcud problemlər və gələcəyə dair tövsiyələr yer almaqdadır. Hesabatın əsas diqqət mərkəzində Latın Amerikası və Karib hövzəsi ölkələri dayansa da, təqdim edilən nəticələr və analitik yanaşmalar qlobal miqyasda tətbiq oluna biləcək prinsipləri özündə ehtiva edir. Hesabatda süni intellektin təhsildə səmərəli və etik prinsiplər əsasında tətbiqinin tədrisin fərdiləşdirilməsi, keyfiyyətinin artırılması, inzibati idarəetmənin optimallaşdırılması və sosial inklüzivliyin gücləndirilməsi baxımından… - [BAŞSAĞLIĞI: ŞƏFA ƏLİZADƏ](https://pedaqoq.az/?p=1660): Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünasalıq və daşınmaz əmlakın kadastrı kafedrasının laboratoriya müdiri Şəfa Əlizadə vəfat edib. Şəfa Əlizadə 2015-ci ildən BDU-nun Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasında laboratoriya müdiri vəzifəsində çalışırdı. Onun tədqiqat sahəsi torpaqşünaslıq və torpaq ekologiyası idi. Pedaqoq.az kollektivi Şəfa Əlizadənin vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir. - [BOTANİKLƏRİN HƏMMÜƏLLİFİ OLDUĞU MƏQALƏ STEROIDS JURNALINDA ÇAP OLUNUB](https://pedaqoq.az/?p=1656): AR ETN Botanika İnstitutu və Pakistanın Karaçi şəhərindən Dr. Panjwani Molekulyar Tibb və Dərman Tədqiqatları Mərkəzi, H.E.J. Tədqiqat Kimya İnstitutu, Beynəlxalq Kimya və Biologiya Elmləri Mərkəzi və Lahor şəhərindən Molekulyar Biologiya və Biokimya İnstitutunun əməkdaşlarının (Yusifova Y., tul-Wahab A., Choudhary M.I., Siddiqui M., Khan N., Atif M., Zafar H., Ibadullayeva S.I., Aghayeva D.N.) birgə səyi nəticəsində Azərbaycanda meşə ağaclarında bitən Laetiporus sulphureus (Bull.) Murrill göbələk kulturalarından əldə edilən ikinci metabolitlər və onların döş xərçəngi dərmanı eksemestanının biotransformasiyası üçün katalizator kimi istifadə imkanları öyrənilmiş və nəticələr istinad əmsalı 4.3 və İmpact faktoru 2.4 olan “STEROIDS” jurnalında dərc olunmuşdur. Məlumdur ki, hazırda… - [İSVEÇRƏ ELM FONDUNUN DƏSTƏKLƏDİYİ BEYNƏLXALQ LAYİHƏ ÜZRƏ İŞLƏR DAVAM ETDİRİLİR](https://pedaqoq.az/?p=1652): AR ETN Botanika İnstitutunun Mikologiya və ibtidai bitkilər şöbəsinin müdiri, biologiya elmləri doktoru Dilzarə Ağayeva və İsveçrə Meşə, Qar və Landşaft Federal Tədqiqatlar İnstitutunun Meşə Sağlamlığı və Biotik Qarşılıqlı Əlaqələr şöbəsinin müdiri Dr. Simone Prosperonun rəhbərliyi ilə İsveçrə Elm Fondunun maliyyələşdirdiyi üçillik layihə üzrə işlər davam edir. May ayında layihənin isveçrəli iştirakçılarından olan elmi işçi Dr. Karolina Korneco və PostDok Luiz Ever Vega Gabrera Botanika İnstitutunun qonağı olublar. İnstitutun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva qonaqlarla görüşüb, İnstitutun fəaliyyət istiqamətləri və yerinə yetirilən işlər barədə geniş məlumat verilib, müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparılıb. İnstitutun rəhbərliyinin səyi nəticəsində… - [ADNSU VAKANT VƏZİFƏLƏR ELAN EDİB](https://pedaqoq.az/?p=1649): Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) elm və təhsildə müasir tələblərə cavab verən, innovativ düşüncəli və yüksək ixtisaslı kadrların pedaqoji və elmi fəaliyyətə cəlb olunması məqsədilə vakant professor-müəllim vəzifələri üzrə müddətli əmək müqaviləsi əsasında işə qəbul elan edir.  Müvafiq vakant vəzifələr aşağıdakılardır: Sıra № Kafedra Vakant vəzifə Professor Dosent Müəllim 1 Sənayenin iqtisadiyyatı kafedrası 1 4 8 2 Menecment kafedrası — 4 5 3 Xarici dillər kafedrası — 1 37 4 Elektronika və avtomatika kafedrası 2 12 16 5 Kompüter mühəndisliyi kafedrası — 15 23 6 Cihaz mühəndisliyi kafedrası — 3 10 7 Ümumi və tətbiqi riyaziyyat kafedrası 5… - [VALİDEYN – ÖVLAD MÜNASİBƏTLƏRİNİN PEDAQOJİ XÜSUSİYYƏTLƏRİ](https://pedaqoq.az/?p=1644): Cabbarova  Afaq  Mirzağa  qızıBakı  şəhəri  276 № -li  tam orta məktəbin müəllimi Ailənin  qurulması  bir  uşaq  üçün  son  dərəcə  vacibdir.  Bir  uşaq  üçün  ailə  əsas  yaşayış  mühiti,  inkişafı  və  psixoloji  formalaşmasıdır.  Uşaq  ailədə  erkən  uşaqlıq  dövründə  dünyanı  öyrənməyi  öyrənir,  idrakın  əsas  mexanizmlərini,  insanlar  arasındakı  münasibətlərin  əsasını  dərk  edir.           Körpə  dünyaya  gəldiyi  andan  etibarən  valideynlə  övlad  arasındakı  münasibətlərin  inkişafı  başlayır.  Kiçik  yaşlı  uşaqlarla  münasibətlər,  ümumiyyətlə,  asanlıqla  inkişaf  edir.  Uşaq  anadan  asılıdır,  həmişə  onunla  maraqlanır.  Aralarında  isti  və  güclü  əlaqə  var.  Valideyn  və  uşaqlar  gündəlik,  tez – tez  bir – biri  ilə  ünsiyyət  qururlar.  Bu  cür  təmaslar  inamın,  mənəvi  birliyin  inkişafına,  həyatda  hərəkətlərin  və … - [ADPU-DA “İLİN GƏNC ALİMİ VƏ TƏDQİQATÇISI” MÜSABIQƏSİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILIB](https://pedaqoq.az/?p=1638): Mayın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq və onların nailiyyətlərini təşviq etmək məqsədilə keçirilmiş “İlin gənc alimi və tədqiqatçısı” adlı müsabiqənin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, Müasir dövrdə ali təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri təkcə keyfiyyətli tədris deyil, həm də elmi-tədqiqat fəaliyyətinin inkişafıdır. Bu baxımdan, gənc alimlərin elmə marağının artırılması və onların fəaliyyətinin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Pedaqoji Universitet üçün gənc alimlərin inkişafını dəstəkləmək, onların elmi fəaliyyətini təşviq etmək bizim üçün strateji prioritetdir. Rektor bildirib ki, bütün sahələrdə olduğu kimi, elmi-tədqiqat sahəsində də gənclərin aktiv… - [YER ÜZÜNDƏ MÜƏLLİM ADINDAN YÜKSƏK BİR AD TANIMAYAN LİDER](https://pedaqoq.az/?p=1633): Rüfət Lətif oğlu HüseynzadəPedaqoji elmlər doktoru, professor, Əməkdar Müəllim       Bütün  tarixi dövrlərdə görkəmli şəxsiyyətlər, dövlət adamları  müəllimlik peşəsinə yüksək qiymət vermiş və müəllimliyi  cəmiyyətin ən  şərəfli  peşəsi hesab etmişlər.  XX əsrin dahi şəxsiyyəti, böyük dövlət xadimi Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi sözlər öz  xüsusi dəyəri, əhəmiyyəti və  peşəyə verdiyi yüksək qiyməti ilə qiymətli bir aforizmə çevrilmidşri:  “Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!”. Bu qiymətli sözlər Ulu Öndərmizin  müəllimlik peşəsi ilə daim sıx bağlı olmasından, bu peşəyə yaxından bələd olmasından, həmçinin ilk peşə ixtisasının da müəllimlik  olmasından irəli gəlməkdədir.         O bu barədə Azərbaycan Müəllimlərinin I… - [HEYDƏR ƏLİYEVİN EKOLOJİ SİYASƏTİ: KONSTİTUSİYA, SUVERENLİK VƏ DAYANIQLI İNKİŞAF KONTEKSTİNDƏ STRATEJİ BAXIŞ](https://pedaqoq.az/?p=1627): b.ü.f.d. Balaxanova Qumru Vasif qızıAzərbaycan Dövlət Pedaqoji Universitetinin“Biologiya və onun tədrisi texnologiyası” kafedrasının müəllimi  “Mən hər bir azərbaycanlının fəxr etməyə haqqı olan bir Azərbaycan yaratmağa çalışıram.” — Heydər Əlirza oğlu Əliyev Bu gün – 10 may tarixində, müstəqil Azərbaycanın memarı və qurucusu, dahi dövlət xadimi Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 102-ci ildönümünü dərin ehtiramla yad edirik. Onun zəngin dövlətçilik irsi bu gün də Azərbaycanın siyasi, hüquqi, iqtisadi və ekoloji inkişafında istiqamətverici qüvvə kimi çıxış edir. 2025-ci ilin ölkə başçısı cənab İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli” elan edilməsi Heydər Əliyev irsinin kompleks təhlili üçün strateji imkan… - [BOTANİKA İNSTİTUTUNDA “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN TƏBİƏTİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB](https://pedaqoq.az/?p=1624): AR ETN Botanika İnstitutunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda seminar keçirilib. Tədbiri Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva açaraq Ümummilli lider Heydər Əliyevin Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğundan, o cümlədən müstəqil ölkəmizdə təbiətin mühafizəsi və yaşıllığın artırılması üzrə misilsiz xidmətlərindən danışıb. Professor qeyd edib ki, Ulu öndər Heydər Əliyevin fəaliyyətində ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələləri həmişə xüsusi diqqət mərkəzində dayanmışdır. Onun rəhbərliyi ilə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mühüm qanunlar, qərarlar qəbul edilmiş, bu… - [ADPU RƏHBƏRLİYİ HACETTEPE VƏ ÇANKAYA UNİVERSİTETLƏRİNDƏ OLUB](https://pedaqoq.az/?p=1620): Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyinin Türkiyə Respublikasına işgüzar səfəri davam edir. Səfər çərçivəsində ADPU-nun rektoru professor Cəfər Cəfərovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Hacettepe və Çankaya universitetlərində rəsmi görüşlər keçirib. Səfərin əsas məqsədi ADPU ilə Türkiyə universitetləri arasında elmi-pedaqoji əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, habelə təhsil və tədqiqat sahəsində təcrübə mübadiləsi barədə müzakirələrin aparılmasıdır. Görüşlər zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, əməkdaşlığa dair bir sıra ilkin razılaşmalar əldə olunub. Görüş çərçivəsində ADPU nümayəndə heyəti Hacettepe və Çankaya universitetlərinin tədris prosesi ilə yaxından tanış olublar. - [PROF. MAHİRƏ HÜSEYNOVA BZT TURAN AKADEMİYASININ TÜRK DÜNYASI ALİM QADINLAR ŞURASININ SƏDRİ SEÇİLİB](https://pedaqoq.az/?p=1617): 3 May — Türk Millətçiliyi Günü münasibətilə Bakı şəhərində BZT Turan Akademiyasının təşkilatçılığı ilə Türk dünyasının elmi, mədəni və pedaqoji əməkdaşlığını daha da gücləndirməyi hədəfləyən toplantı keçirilib. Toplantıda Özbəkistanın 15-ə qədər nüfuzlu universitetindən — STARS Beynəlxalq Universiteti, Jurnalistika və Kütləvi Kommunikasiya Universiteti, Milli Tədqiqatlar Universiteti, Daşkənd İrriqasiya və Aqrotexnika Avtomatlaşdırma İnstitutu, Özbəkistan-Finlandiya Pedaqogika Universiteti, Səmərqənd Dövlət Xarici Dillər Universiteti, Buxara Dövlət Universiteti, Əbu Əli İbni Sina adına Buxara Dövlət Tibb İnstitutu, İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Tibb Akademiyası, Vebster Universiteti (Daşkənd), Turin Politexnik Universitetinin Daşkənd Filialı, Kokand Pedaqoji Universiteti, Daşkənd Əczaçılıq Universiteti və Daşkənd Dövlət İqtisadiyyat Universitetindən… - [AVROPALI BOTANİKLƏR BOTANİKA İNSTİTUTUNDA OLUBLAR](https://pedaqoq.az/?p=1613): Hollandiyanın Hortus Botanicus Leiden Universitetinin botanikləri Rogian van Vugt, Petra Sonius, eləcə də Belçikadan olan botanik Marc Verbeeck Azərbaycanın İsmayıllı, Şəki, Qax və s. rayonlarından topladıqları səhləb növlərinin müzakirəsi məqsədilə AR ETN Botanika İnstitutunda olublar. Botanika İnstitutunun alimlərinin iştirakı ilə keçirilən görüş zamanı baş direktor, professor Səyyarə İbadullayeva qonaqlara İnstitutun elmi-tədqiqat fəaliyyəti çərçivəsində endemik növlərin statusunun müəyyənləşdirilməsi mövzusunda ətraflı məlumat verib. Səhləbkimilər (Orchidaceae Juss.) fəsiləsinə daxil olan “Xarıbülbül” bitkisi haqqında geniş müzakirə aparılıb.   Qonaqlar İnstitutun laboratoriyaları, Botanika Muzeyi və Herbari Fondunu ziyarət ediblər. Onlar Azərbaycanın flora müxtəlifliyinin elmi əsaslarla sənədləşdirilməsi və qorunması istiqamətində görülən işləri yüksək qiymətləndirərək, Hortus Botanicus Leiden Universiteti ilə Botanika İnstitutu arasında… - [ADPU-DA ÖZBƏKİSTAN MİLLİ UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞ KEÇİRİLİB](https://pedaqoq.az/?p=1609): Aprelin 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Özbəkistan Milli Universitetinin Psixologiya kafedrasının nümayəndələri ilə görüş keçirilib. Görüşdə Özbəkistan Milli Universitetinin əməkdaşları Dilbər Muxamedova, Ruxsora Kudratullayeva, Aziza Turakulova və Diyora Xodjakulova, eləcə də ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Nərgiz Səfərova və fakültənin nümayəndələri iştirak ediblər. Görüş zamanı tərəflər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Təhsil sahəsində təcrübə mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin təşkili, tələbə və müəllim mübadiləsi proqramlarının hazırlanması və həyata keçirilməsi kimi mövzuların müzakirə edildiyi görüşdə, həmçinin yaxın gələcəkdə qarşılıqlı anlaşma memorandumlarının və əməkdaşlıq müqavilələrinin imzalanması imkanları barədə fikir mübadiləsi… - [“StuDance” - PEDAQOJİ UNİVERSİTETDƏ MARAQLI TƏDBİR](https://pedaqoq.az/?p=1604): Aprelin 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Könüllüləri Tələbə Birliyinin (TKTB) təşkilatçılığı ilə Beynəlxalq Rəqs Gününə həsr edilmiş “StuDance” adlı bədii-əyləncəli tədbir keçirilib. Tədbirdə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev qeyd edib ki, bu cür tədbirlər tələbələrin mədəni-estetik dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Pedaqoji Universitetin daxilində fəaliyyət göstərən ictimai təşkilatların hər zaman öz fəallıqları ilə fərqləndiklərini qeyd edən prorektor universitetdə yaradıcı və fəal tələbələrin artmasının sevindirici hal olduğunu vurğulayıb və bu təşəbbüsə görə təşkilatçılara təşəkkürünü bildirib. ADPU TKTB sədri Səidə Abulova çıxışında qeyd edib ki, birlik tələbələrin asudə vaxtının səmərəli keçirilməsi istiqamətində bir sıra… - [TƏKRAR ALİ TƏHSİL ALANLAR TƏLƏBƏ KREDİTİNDƏN YARARLANA BİLƏCƏK?](https://pedaqoq.az/?p=1599): Pedaqoq.az xəbər verir ki, fasiləsiz təhsilin dəstəklənməsi məqsədilə Təhsil Tələbə Krediti Fondu (TTKF) təhsil almaq istəyən şəxslərə kredit imkanları təqdim edir. Bəs əlavə təhsil alan şəxslər bu imkandan yararlana bilərlərmi? Əlavə təhsilə görə kredit kimlərə verilir? TTKF-dən «Azərbaycan müəllimi»nin sorğusuna cavab olaraq bildirilib ki, təhsil krediti yalnız “təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili” istiqaməti üzrə əlavə təhsil alanlara verilir. Bu təhsil növünə qəbul iki şəkildə mümkündür: DİM imtahanı ilə qəbul olunanlar üçün şərtlər Əgər tələbə DİM-in imtahanı vasitəsilə qəbul olunub və birinci təhsil dövründə TTK-dan istifadə etməyibsə, təkrar təhsil dövründə bu imkandan yararlana bilər. Kredit şərtləri əvvəlki… - [AZƏRABAYCAN ELMİNİN YENİ İNKİŞAF MƏRHƏLƏSİ](https://pedaqoq.az/?p=1592): Səyyarə İbadullayeva,AR ETN Botanika İnstitunun Baş direktoru, b.e.d., professor Azərbaycan zəfərlərdən sonra öz tarixinin çiçəklənmə dövrünü yaşayır. Yeni dövrümüzdə ölkəmizin bütün sahələrdə inkişafını davamlı etməyin əsas şərtlərindən biri də elmin müasir çağrışlar əsasında təşkilini zəruri edir. Ölkədə, regionda və dünyada baş verən bugünkü hadisələri, sürətlə dəyişən şərtləri aydın görə bilən və gələcəyi təsəvvür edib düzgün və vaxtında çıxardığı qərarlarla tarixə düşən Möhtərəm Prezident İlham Əliyev Azərbaycan elminin inkişafını təmin edəcək mühüm sərancam imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2025-ci il tarixində imzaladığı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı… - [BAKI TÜRK ANADOLU LİSEYİNİN ŞAGİRDLƏRİ BOTANİKA İNSTİTUTUNDA OLUB](https://pedaqoq.az/?p=1596): Bakı Türk Eytim Müşavirliyi nəzdində olan Bakı Türk Anadolu Liseyinin şagirdləri AR ETN Botanika İnstitutunu ziyarət ediblər. Biologiya müəllimi Ayşe İlerinin koordinatoru olduğu “Etnobotanika layihəsi” çərçivəsində liseyin 10-cu sinif şagirdlərinə biologiya fənninə maraqlarının artırılması məqsədilə açıq dərs təşkil olunub. Məktəblilərə İnstitutun mütəxəssiləri tərəfindən Azərbaycan florasına aid endem, nadir və dərman bitkilərinin, o cümlədən ibtidai birkilərin təbii yayılma əraziləri, əhəmiyyəti, mühafizə problemləri barədə ətraflı məlumat verilib. Herbari Fondunda saxlanılan nüsxələr, Botanika Muzeyində nümayiş olunan eksponatlar məktəblilərdə böyük maraq yaradıb. - [ZƏNGƏZUR DƏHLİZİ - TÜRK DÜNYASINI BİRLƏŞDİRƏN SÜLH KÖRPÜSÜ](https://pedaqoq.az/?p=1562): Radə Adıgözəlova,Abşeron rayonu Saray qəsəbə 1 nömrəli tam orta məktəbin fizika müəllimi Qüdrətli və ulu Azərbaycan xalqını tarix boyu böyük imperialist dövlətlər hissələrə parçalamışlar. Bir parçası qərbdə, bir parçası cənubda qaldı Ulu Vətənim! Şərqdə Xəzərlə əhatə olunan bu qədim diyarın sahilləri min illər boyu dəniz dalğaları kimi coşqun tarixə şahidlik etdi, mədəniyyət beşiyi oldu, qəhrəman oğul və qızlar yetirdi. Özüm də daxil olmaqla neçə-neçə ziyalımız üçün tarixi torpaqlarımızın qürbətdə qalması ürəyimizin qubar bağlamasına, qəlbimizin yaralanmasına səbəb oldu. Müəllim kimi şagirdlərimizə milli-mənəvi dəyərlərimizi aşılayarkən, tariximizi, dilimizi, milli dəyərlərimizi öyrədərkən hər zaman bu nisgili içimizdə daşıdıq. Vətən sevgisinin şirinliyini, nənə-babalarımızın dilindən eşitdiyimiz… - [BU İNSTİTUTLAR BİRLƏŞDİRİLİR – SİYAHI](https://pedaqoq.az/?p=1555): Prezident İlham Əliyev “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, birləşdirilən elmi müəssisələrin əsasında aşağıdakı publik hüquqi şəxslər yaradılacaq: Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutu; Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında Coğrafiya İnstitutu; Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında Fizika İnstitutu; Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında Kimya İnstitutu; İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat… - [SOSİAL PEDAQOQLARIN HAZIRLANMASINA EHTİYAC VAR](https://pedaqoq.az/?p=1559): Hikmət Əlizadə,pedaqoji elmlər doktoru, BDU-nun professoru Ümumtəhsil müəssisələrində fəaliyyət göstərən sosial pedaqoqlar təhsilalanların sosial-psixoloji ehtiyaclarının təmin edilməsində mühüm rol oynayırlar. Bu peşənin sahibləri şagirdlərin öyrənmə deyil, daha çox ümumi inkişafı və cəmiyyətə inteqrasiyası prosesində məktəb və ailə arasında tənzimləyici funksiyanı yerinə yetirirlər. Şagirdlərin müxtəlif sosial və mədəni mühitlərə uyğunlaşması üçün pedaqoji yeniliklər, müasir metodlar tətbiq edilməlidir. Sosial pedaqoqlar da məktəb mühitində azyaşlıların sosial-psixoloji problemlərini həll etmək üçün onların psixoloji vəziyyətinə uyğun yanaşmalar təklif edirlər. Onların fəaliyyəti mövcud problemlərin həlli ilə məhdudlaşmır, həm də sosial yeniliklər və təşəbbüslərin tətbiqini ehtiva edir. Məktəblərimizdə tərbiyə işi bu sahəyə məsul olan tərbiyə işləri üzrə… - [KORNEL METODU VƏ ONUN TƏHSİLDƏ ÜSTÜNLÜKLƏRİ](https://pedaqoq.az/?p=1547): Öyrənməyi öyrətmək anlayışı insan tarixində daim aktual olmuşdur. Sokrat dövründən bu yana saysız-hesabsız metod və texnikalar işlənib hazırlanmış, bəziləri effektivliyini sübut edərək dövrümüzə qədər gəlib çatmış, digərləri isə zamanla unudulmuşdur. Xüsusilə XX əsrin ortalarında pedaqoqlar müxtəlif ölkələrdə yeni öyrətmə üsullarını araşdıraraq təhsil prosesini daha effektiv etməyə çalışmışlar. Azərbaycanda da bu sahəyə maraq böyük olmuş, ötən əsrin 50-ci illərində «Azərbaycan məktəbi» jurnalında öyrənməyi öyrətmək məsələsinə xüsusi yer verilmişdir. Məsələn, professor Mərdan Muradxanovun 1952-ci ildə nəşr olunmuş «Dərs öyrətməyin yollarının şagirdlərə öyrədilməsi» adlı məqaləsi bu istiqamətdə mühüm töhfələrdən biri olmuşdur. Kornel metodu nədir? Öyrənmə prosesini daha effektiv hala gətirmək məqsədilə yaradılmış metodlardan… - [ADPU MOLEKULYAR BİOLOGİYA VƏ BİOTEXNOLOGİYALAR İNSTİTUTU İLƏ ƏMƏKDAŞLIĞA BAŞLAYIR](https://pedaqoq.az/?p=1543): Martın 17-də Azərbaycan Dövlət Pedaqoji Universiteti və  (ADPU) ilə Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun rəhbərliyi arasında əməkdaşlıq görüşü keçirilib. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda baş tutan görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov və  İnstitutun baş direktoru akademik İradə Hüseynova rəhbərlik etdikləri müəssisələrin fəaliyyətləri barədə məlumat təqdim ediblər. Qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. Görüşün davamında ADPU və Biologiya və Biotexnologiyalar İnstitutu arasında əməkdaşlığın möhkəmləndirilməsi, kadr hazırlığı sahəsində əməkdaşlıq, elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutan memorandum imzalanıb. Görüşdə həmçinin İnstitutun icraçı direktoru dosent Ələmdar Məmmədov, elmi katib dosent Durna Əliyeva, ADPU Kimya və biologiya fakültəsinin dekanı… - [BOTANİKA İNSTİTUTUNDA TƏLƏBƏLƏRƏ TƏCRÜBİ DƏRS KEÇİRİLİB](https://pedaqoq.az/?p=1538): AR ETN Botanika İnstitutunun Eksperimental botanika şöbəsində Xəzər Universitetinin tələbələri üçün laboratoriya dərsi keçirilib.  Biologiya ixtisası üzrə 3-cü kurs tələbələri üçün təşkil olunan dərsin məqsədi tələbələrə laboratoriya şəraitində müşahidə və tədqiqat aparmaq, onları müasir texnologiyalarla və digər yeniliklərlə tanış etmək, elmi araşdırma mərhələlərini öyrətmək olub. Şöbənin elmi işçisi Fidan Ələskərova tələbələrə bitkinin rizosferindən toplanmış torpaq nümunələrində ph və EC (elektrikkeçiriciliyi) təyini, bitkinin cücərdilməsi üçün lazım olan müxtəlif qidalı mühitin hazırlanması üsulları, toxumların cücərmə enerjisi və cücərmə faizinin ölçülmə qaydaları, eyni zamanda  bitki nümunələrində ümumi, zülali və qeyri-zülali azotun təyini metodlarını izah edib. - [PEDAQOJİ UNİVERSİTETDƏ TƏLƏBƏPLUS KARTI İLƏ BAĞLI İNFOSESSİYA KEÇİRİLİB](https://pedaqoq.az/?p=1534): Martın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev “Tələbə Plus” layihəsinin tələbələr üçün yaratdığı imkanların əhəmiyyətini vurğulayıb. O, bildirib ki, bu kart tələbələrə müxtəlif güzəştlər və üstünlüklər təqdim etməklə yanaşı, onların akademik və sosial həyatını daha da asanlaşdırmağa xidmət edir. Prorektor universitet olaraq bu təşəbbüsü yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb, Təhsilin İnkişafı Fondu və tərəfdaşlarına təşəkkürünü bildirib. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini Xanım Daşdəmirova “Tələbə Plus” layihəsinin yaranma ideyasını və məqsədini təqdim edərək, layihənin tələbələrə eyni güzəşt və… - [BOTANİKA İNSTİTUTUNDA ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB](https://pedaqoq.az/?p=1530): AR ETN Botanika İnstitutunda 1 Mart — Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri İnstitutun Mülki Müdafiə Qərargahının rəisi Nazim Xəlilov açaraq, “Mülki müdafiə — əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda çıxış edib. O, məruzəsində FHN-nin əhalinin fövqəladə hallardan qorunması və mülki müdafiə sahəsində fəaliyyətləri haqqında danışaraq mülki müdafiənin məqsədi, təşkili prinsipləri, mülki müdafiə sahəsində dövlətin, hüquqi şəxslərin və sıravi  vətəndaşların hüquq və vəzifələrinə toxunub. Qeyd edib ki, baş verə biləcək hər hansı bir kütləvi təhlükə zamanı əhalinin xəbərdar edilməsi, on­lara fərdi mü­hafizə vasitələrinin paylanılması və təhlükəsiz sığınacaqlarda yerləşdiril­məsi Mülki Mü­dafiənin başlıca vəzifəsidir. - [PEDAQOJİ UNİVERSİTETDƏ XOCALI SOYQIRIMININ İLDÖNÜMÜ GENİŞ ŞƏKİLDƏ ANILIB](https://pedaqoq.az/?p=1526): Fevralın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə silsilə anım tədbirləri keçirilib. Universitet rəhbərliyi və professor-müəllim heyəti Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edib, şəhidlərin ruhları ehtiramla yad edilib, abidə önünə tər çiçəklər qoyulub. Həmçinin, Ümumilli Lider Heydər Əliyevin ADPU-nun foyesində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub, universitetin I və II Qarabağ müharibəsində şəhid olan tələbə və məzunlarının xatirələrinin əbədiləşdirilməsi məqsədilə yaradılan guşə ziyarət edilib. Universitetin sturuktur, fakültə və filiallarında da Xocalı faciəsinin ildönümü münasibətilə tədbirlər həyata keçirilib. Filologiya fakültəsində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fakültənin professor-müəllim heyəti tərəfindən auditoriyalarda… - [NOVRUZ ÇƏRŞƏNBƏLƏRİ HANSI ARDICILLIQLA SIRALANMALIDIR?](https://pedaqoq.az/?p=1523): Bu gün Yel (hava) çərşəmbəsidir əslində. Hamı «Su çərşəmbəsi» deyə paylaşır. Mən niyə fərqli fikirdəyəm? Ötən əsrin 70-ci illərinədək əksəriyyət bu məsələni elə mənim dediyim kimi də bilirdi. Bir dəfə radiodan «Xalq yaradıcılığı: bulaq» adlı verilişdən eşitdikləri camaatımızı çaş-baş qoydu. O dövr üçün ən mötəbər mənbə sayılan radionun efiri çərşəmbələri bu ardıcıllıqla sadalamışdı: su, od, torpaq, yel (hava). Tərəddüdləri və mübahisəlıri də xatırlayıram. O günə qədər isə sıralamanı belə bilirdik: yel, od, su, torpaq idi. Bu 4 çərşəmbədən öncə isə daha biri gəlirdi. Ona «yalançı çərşənbə» deyirdilər. Sonralar rast gəldiyim, oxuduğum qədim mətnlərdə bu sıralamalardan hansının doğru olduğununa dair dəlillərlə… - [QARABAĞ UNIVERSİTETİ ALİMLƏRİNDƏN AKADEMİK NAİLİYYƏT](https://pedaqoq.az/?p=1520): Azərbaycan elmi beynəlxalq akademik mühitdə daha bir mühüm uğura imza atıb. ABŞ-ın nüfuzlu Miçiqan Universitetinin Ross Biznes Məktəbinin həmdirektoru, professor John Branch, Qarabağ Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, dosent Fariz Əhmədov və Azərbaycanın ilk qadın siyasi alimi Nərgiz Hacıyevanın həmmüəllifi olduğu elmi əsər məşhur «Elsevier» nəşriyyatına məxsus olan, Scopus və Web of Science indeksli, Q1 kvartilli Böyük Britaniyanın nüfuzlu «International Journal of Educational Development» jurnalında tam ödənişsiz nəşr olunub. «Science and Education as Pillars of Post-Conflict Recovery: Lessons from Azerbaijan’s Karabakh Region» adlı bu elmi məqalə post-konflikt cəmiyyətlərdə elmin və təhsilin strateji rolunu araşdırır. Müəlliflər qeyd edirlər ki, münaqişədən… - [BOTANİKA İNSTİTUTUNDA XOCALI SOYQIRIMININ 33-cü İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB](https://pedaqoq.az/?p=1516): AR ETN Botanika İnstitutunda Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Öncə Xocalı faciəsi qurbanlarının  və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva tədbiri açaraq, Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə danışıb. Qeyd edib ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub.  O, 1992-ci ildə Xocalıda törədilən vəhşiliklər haqqında xarici mətbuatda yazılan məlumatları diqqətə çatdırıb. Bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük əməyi olduğunu, məhz onun təşəbbüsü ilə… - [ADU VƏ PORTSMOUTH UNİVERSİTETİ ARASINDA İKİLİ DİPLOM PROQRAMI İMZALANIB](https://pedaqoq.az/?p=1510): Azərbaycan Dillər Universiteti (ADU) beynəlxalq əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın Portsmouth Universiteti ilə magistratura səviyyəsində 1+1 ikili diplom proqramı yaradıb və imzalanma prosesini uğurla tamamlayıb. Yeni ikili diplom proqramı ADU magistrantlarına təhsillərinin ilk ilini ADU-da, ikinci ilini isə Portsmouth Universitetində davam etdirmək və hər iki universitetin diplomunu əldə etmək imkanı yaradır. Bu əməkdaşlıq tələbələrə beynəlxalq akademik mühitdə təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək, eləcə də qlobal əmək bazarında daha rəqabətqabiliyyətli olmaq üçün geniş perspektivlər açır. Bu tərəfdaşlıq ADU-nun beynəlxalq əlaqələrinin inkişafı və tədris keyfiyyətinin artırılması istiqamətində atılmış mühüm addımlardan biridir. Universitet gələcəkdə də beynəlxalq ali təhsil müəssisələri ilə əməkdaşlığını genişləndirməkdə… - [PROFESSORDAN «ÜMUMİ TƏHSİL HAQQINDA» QANUNA DƏYİŞİKLİKLƏ BAĞLI TƏKLİF](https://pedaqoq.az/?p=1505): Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Telman Cəfərov Elm və təhsil komitəsinə «Ümumi təhsil haqqında» qanuna dəyişiklik edilməsi məsələsinin də gündəliyə salınması ilə bağlı müraciət edib. Pedaqoq.az portalına açıqlamasında T.Cəfərov bildirib ki, hazırda parlamentin Elm və təhsil komitəsi təhsil və peşə təhsili haqqında qanunvericiliyə ediləcək dəyişiklikləri müzakirə edir. Bununla əlaqədar olaraq o, müvafiq təkliflərlə çıxış etmişdir. «Təklifim ondan ibarət olmuşdur ki, Təhsil və Peşə təhsili haqqında qanunlarla bərabər, «Ümumi təhsil haqqında» qanuna dəyişiklik də gündəliyə salınsın. Bundan əlavə, təklif etmişəm ki, müzakirəyə çıxarılmış təhsil haqqında bütün qanun layihələrində əcnəbi dillərdə təlim aparılan sinif və qruplarda «Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin,… - [ADPU VƏ ANTALYA BELEK UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ GÖRÜŞÜ KEÇİRİLİB](https://pedaqoq.az/?p=1501): Fevralın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyə Respublikasının Antalya Belek Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Antalya Belek Universitetinin Himayəçilər Şurasının sədri Əkrəm Çalkılıç, inzibati işlər müdiri Sinan Ərdəm, Himayəçilər Şurası sədrinin müşaviri və müəllim Həsən Özcan, Dizayn fakültəsinin müəllimi Nərmin Əzizzadə Jular, həmçinin universitetin fəxri doktoru Könül Qasımova, ADPU tərəfindən isə universitetin rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Tədris departamentinin direktoru dosent Sənan Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak ediblər. Görüş zamanı iki universitet arasında təhsil, elmi tədqiqat və akademik mübadilə sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Görüşün… - [“QARABAĞIN NADİR VƏ NƏSLİ KƏSİLMƏKDƏ OLAN NÖVLƏRİ BARƏDƏ MƏLUMAT KİTABI” İŞIQ ÜZÜ GÖRÜB](https://pedaqoq.az/?p=1497): AR ETN Botanika İnstitutunda “Qarabağın nadir və nəsli kəsilməkdə olan növləri barədə məlumat kitabı” çapdan çıxıb. Nəşrin elmi redaktoru Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva, rəyçiləri professor Aydın Əskərov və dosent Vüqar Kərimovdur. Tərtibatçıları professor Səyyarə İbadullayeva, biologiya elmləri doktoru Fatmaxanım Nəbiyeva, biologiya üzrə fəlsəfə doktorları Nuri Mövsümova və Nigar Mürsəl qızıdır. Fotoşəkillər dosent Elman Yusifov və Fatmaxanım Nəbiyevaya, xəritələrin tərtibatı isə Nərmin Sadıqovaya aiddir. Kitabda Qarabağda yayılan nadir və itmə təhlükəsində olan 41 fəsiləyə aid 87 növ haqqında məlumat və şəkil əks olunmuşdur. Qarabağ icmalarının Böyük Qayıdışına töhfə olaraq hazırlanan kitab yerli icmalara yaşadıqları bölgədə yayılan bitkiləri tanıtmaq… - [BOTANİKA İNSTİTUTU XARİCİ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRİR](https://pedaqoq.az/?p=1489): Qaradəniz Texniki Universitetinin professoru Sevgi Kolaylı AR ETN Botanika İnstitutunda olub. İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva qonağa Botanika İnstitutunun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, müştərək layihələri və əldə olunan nailiyyətləri haqqında  məlumat verib. S.Kolaylının ziyarətinin əsas məqsədi müştərək beynəlxalq  konfransın təşkili üçün müzakirələrin aparılması olub. Müzakirələr zamanı müştərək layihələrin təşkili və birgə tədqiqatların aparılması üçün əməkdaşlıq memorandumunun bağlanmasının vacibliyi vurğulanıb, beynəlxalq konfransın keçirilməsi üçün ilkin razılıq əldə olunub. Qaradəniz Texniki Universiteti, Naxçıvan Dövlət Universiteti və Botanika İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq konfransın əsas məqsədi yabanı bitkilərdən istifadə, aromaterapiya, fitoterapiya və apiterapiya üzrə tədqiqatların genişləndirilməsi olduğu qeyd olunub. Sonda qonaq İnstitutun Botanika… - [PEDAQOJİ UNİVERSİTETDƏ TƏLƏBƏ-GƏNCLƏR MÜKAFATLANDIRILDI](https://pedaqoq.az/?p=1486): Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov 2 Fevral — Gənclər Günü münasibətilə universitetdə fakültələri üzrə ən yüksək akademik göstəriciyə görə fərqlənən tələbələr, eləcədə də tələbə təşkilatlarının fəalları ilə görüşüb. Görüşdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru prof. Fikrət Rzayev, tədris işləri üzrə prorektor dos. Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor prof. Asəf Zamanov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli və tələbələr iştirak ediblər. Çıxış edən rektor prof. Cəfər Cəfərov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Gənclər Günü münasibətilə tələbə-gəncləri təbrik edib. Gənclərin cəmiyyətimizin inkişafında mühüm rol oynadığını qeyd edən rektor bildirib… - [ADU-NUN TƏLƏBƏLƏRİNƏ QƏRBİ AZƏRBAYCAN İCMASININ ÜZVLÜK VƏSİQƏSI TƏQDİM OLUNUB](https://pedaqoq.az/?p=1482): 2 Fevral – Gənclər Günü münasibətilə “Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının təşkilatçılığı ilə “Qərbi Azərbaycana Qayıdış” adlı gənclərin toplantısı keçirilib. Tədbirdə ADU TGT-nin sədri Nicat Əliyev ötən il ərzində birgə uğurlu əməkdaşlıq göstərdiyinə görə fəxri fərmanla mükafatlandırılıb. ADU TGT üzvü olan 10 nəfər də daxil olmaqla, ümumilikdə 25 gəncə Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqəsi təqdim olunub. Bildirilib ki, onlar tədbir çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Qərbi Azərbaycan İcmasının Gənclər Şurası ilə qurduğu səmərəli və uğurlu tərəfdaşlığa görə, eləcə də 2 Fevral – Gənclər Günü münasibətilə təltif ediliblər. - [“Post-it” PEDAQOGİKASI NƏDİR?](https://pedaqoq.az/?p=1492): “Post-it” qeydlər üçün rəbgli kağızlar ilk baxışda sadə ofis ləvazimatı kimi görünsə də, tədris prosesində innovativ və interaktiv metod kimi təlimdə əyanilik prinsipini əsas götürməklə qoyulan mövzunu və problemi vizuallaşdıran, yaradıcı düşüncəni inkişaf etdirən, həmçinin aktiv iştirakçılığı təşviq edən yanaşmadır. Bu metod təhsil prosesində şagirdlərin və tələbələrin ideyalarını ifadə etmələrinə, biliklərini strukturlaşdırmalarına və dərs materialını daha yaxşı qavramalarına kömək edir. Kiçik, rəngarəng qeydlər vasitəsilə həyata keçirilən bu yanaşma öyrənənlərin müzakirələrə qoşulmasını, problem həll etmə bacarıqlarını inkişaf etdirməsini və qrup işlərində daha fəal iştirak etməsini təmin edir. Son illərdə ali təhsildə texnologiyanın rolu geniş müzakirə mövzusuna çevrilib. Pandemiya dövründə onlayn tədris… - [ADU VAKANT VƏZİFƏLƏR ÜÇÜN MÜSАBİQƏ ЕLАN ЕDİR](https://pedaqoq.az/?p=1478): Müsаbiqədə iştirаk еtmək istəyənlər sənədlərini Azərbaycan Respublikası Təhsil Nazirinin 07.08.1996-cı il tarixli, 401 saylı əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları” və Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş “Аli təhsil müəssisələrində kаfеdrа müdiri, dekan və dekan müavini vəzifələrinin tutulmаsı qаydаlаrı”nın tələblərinə uyğun bu elan qəzеtdə dərc оlunduğu gündən 30 gün kеçənədək rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana göndərə bilərlər. № Fakültə və kafedranın adı Vəsifə/dərəcə 1. Fransız dilinin fonetikası və qrammatikası kafedrası kafedra müdiri 2. İngilis dilinin üslubiyyatı kafedrası professor – 1 3. Linqvokulturologiya… - [BOTANİKA İNSTİTUTUNDA 20 YANVAR HADİSƏLƏRİNİN 35-Cİ İLDÖNÜMÜ QEYD OLUNUB](https://pedaqoq.az/?p=1462): AR ETN Botanika İnstitutunda 20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Tədbirdə çıxış edənlər xalqımızın yaddaşına qanla yazılmış 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq tarixi kimi səciyyələndirərək, həmin hadisələr ərəfəsində Azərbaycanda yaranmış gərgin ictimai-siyasi vəziyyəti, Ermənistanın əsassız ərazi iddiaları və Dağlıq Qarabağı Azərbaycandan ayırmaq cəhdləri ilə əlaqədar baş qaldırmış etiraz dalğasını, keçmiş sovet rəhbərlərinin xalqımıza qarşı məkrli siyasətini və digər mühüm məqamları diqqətə çatdırıblar. 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş olunub. Sonda Botanika İnstitutunun kollektivi Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda canlarını fəda edənlərin əziz xatirəsini… - [ADPU REKTORU “QIZIL ÜRƏK” ORDENİ İLƏ TƏLTİF OLUNUB](https://pedaqoq.az/?p=1458): Yanvarın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) rektor professor Cəfər Cəfərovun “Dədə Qorqud” Milli Fondunun təsis etdiyi və Türk dünyasının tanınmış ziyalılarına verilən “Qızıl Ürək” ordeni ilə təltifetmə mərasimi keçirilib. Görüşdə Pedaqoji Universitetin rektoru, prof. Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektor prof. Fikrət Rzayev, strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva, ümumi işlər üzrə prorektor Tural Cəlilov, “Dədə Qorqud” Milli Fondunun prezidenti, “Azərbaycan dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov, Fondun və “Azərbaycan dünyası” jurnalının Türkiyə təmsilçisi, Əməkdar incəsənət xadimi, tanınmış rəssam professor Rafiq Əziz və fondun nümayəndələri iştirak ediblər. Çıxış edən Eldar İsmayılov diqqətə çatdırıb… - [MÜƏLLİMLƏR ÜÇÜN MƏLUMATLANDIRMA SESSİYALARI KEÇİRİLİB](https://pedaqoq.az/?p=1438): 2025–2026-cı illər ərzində Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə müəllimlərin attestasiyası keçiriləcək. “Pedaqoq.az” xəbər verir ki, 9-10 yanvar tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 4 nömrəli uşaq incəsənət, A.Məlikov adına 11, M.Maqomayev adına 26, L.və M.Rostropoviçlər adına 21 və 24 nömrəli onbirillik musiqi məktəbləri, 4, 10, 14, 17 və 27 nömrəli uşaq musiqi məktəblərinin müəllim kollektivi üçün məlumatlandırma sessiyaları keçirilib. Sessiyalarda mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru v.i.e. Vüqar Hümbətov, Bakı Şəhər… - [ADPU-DA MƏKTƏBƏQƏDƏR TƏHSİL ÜZRƏ İNKİŞAF MƏRKƏZİ YARADILIB](https://pedaqoq.az/?p=1422): Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ), ADPU Həmkarlar İttifaqı Komitəsi, ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və “T-Network” platformasının tərəfdaşlığı ilə “Məktəbəqədər Təhsil üzrə İnkişaf Mərkəzi” layihəsinə start verilib. Layihə çərçivəsində ADPU-da Məktəbəqədər Təhsil üzrə İnkişaf Mərkəzi yaradılıb. Layihənin əsas məqsədi beynəlxalq məktəbəqədər təhsil təcrübəsinə əsaslanaraq, ADPU-da müvafiq sahə üzrə təmsil olunan müəllim və tələbələrin, o cümlədən bu sahədə çalışan şəxslərin bilik və bacarıqlarını artırmaq, onların pedaqoji səriştələrinin inkişafına dəstək olmaqdır. Bu məqsədlə layihə iştirakçıları üçün “Məktəbəqədər təhsildə uşaqyönlü mühitin təşkili” adlı kurs proqramına başlanılıb. İştirakçılar uşaq inkişafında təlim mühitinin dizaynı, oyunəsaslı öyrənmə, layihəəsaslı… - [İKİDİLLİ TƏLİMDƏ DƏRSLİK YARADICILIĞI VƏ TƏDRİSİN TƏŞKİLİ PROBLEMLƏRİ](https://pedaqoq.az/?p=1410): Telman Cəfərov (Vəlixanlı) Filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin professoru, Əməkdar müəllim İkidilli təlim Azərbaycanda təhsilin bütün pillə və səviyyələrində reallığa çevrilməkdədir. Bu da təbiidir. Zamanın nəbzinə, yerli və beynəlxalq əmək bazarının sifarişinə, ölkə vətəndaşlarının karyera və şəxsi inkişaf perspektivlərinə uyğun olaraq, Nazirlər Kabinetinin təsdiq etdiyi“Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (AzMKÇ) təhsilin ayrı-ayrı səviyyələri üçün konkret deskriptorları (informasiya axtarış dilinin leksik vahidi, sənədin ümumi məzmununu ifadə edən söz və ya söz birləşməsi – red.) müəyyən edib. Təbii ki, bütün sənəd boyu dövlət dili bilgiləri bilik, bacarıq və kompetensiyaların fundamenti kimi təsdiqlənir. Eyni zamanda, elə 1-ci səviyyədən başlayaraq,… - [RUSİYA UNİVERSİTETLƏRİ YENİ ALİ TƏHSİL SİSTEMİNƏ KEÇİD EDİR](https://pedaqoq.az/?p=1405): 2026-cı il sentyabrın 1-dən Rusiya universitetləri yeni ali təhsil sisteminə keçid edəcək. Ölkədə təhsilin bakalavr pilləsi ləğv ediləcək. Bakalavrın əvəzinə təhsildə iki səviyyə tətbiq olunacaq — ali və ixtisaslaşdırılmış ali təhsil.  Əsas səviyyədə təhsil müddəti dörd ildən altı ilədək, ixtisas səviyyəsində isə bir ildən üç ilədək olacaq. Yeni modelə keçid artıq mövcud proqramlar üzrə təhsilə başlamış tələbələrə təsir etməyəcək. Xatırladaq ki, 2022-ci ildə Rusiya Boloniya sistemindən imtina edib. - [ADU-NUN PROFESSORU ŞƏFƏQ ABDULLAYEVANIN MONOQRAFİYASI ÇAPDAN ÇIXIB](https://pedaqoq.az/?p=1401): Azərbaycan Dillər Universitetinin (ADU) Fəlsəfə və ictimai elmlər kafedrasının professoru Şəfəq Abdullayevanın ingilis dilində “Böyük Britaniyanın iqtisadiyyatı” adlı monoqrafiyası işıq üzü görüb. Monoqrafiyada Böyük Britaniyanın ümumi xarakteristikası, makroiqtisadi göstəriciləri, aparıcı sahələri, maliyyə-kredit, bank sistemi, sosial-iqtisadi problemləri araşırılaraq əks etdirilib. Müəllif monoqrafiyada Böyük Britaniyanın iqtisadiyyatının dünya arenasındakı əhəmiyyətindən, xarici iqtisadi əlaqələrindən və Azərbaycanla Böyük Britaniya arasında mövcud əlaqələrin əhəmiyyətindən bəhs edib. Kitab ali təhsil müəssisələrinin tələbələri, eləcə də digər oxucular üçün faydalıdır. Qeyd edək ki, Ş. Abdullayeva iki dərslik, dörd dərs vəsaiti, bir monoqrafiya, on beş dərs proqramı, 60-dan çox məqalə və tezisin müəllifidir. Elmi əsərləri Kanada, Niderland, Serbiya, Polşa, Türkiyə,… - [ТЮРКСКИЙ КУЛЬТУРНО-ИСТОРИЧЕСКИЙ ТИП В КОНТЕКСТЕ ДИСКУССИЙ ОБ ИСТОРИИ МИРОВЫХ ЦИВИЛИЗАЦИЙ](https://pedaqoq.az/?p=1418): Тельман Джафаров (Велиханлы)Доктор филологических наук, профессор Бакинского славянского университета, Заслуженный учитель. Термин «культурно-исторический тип» принадлежит Николаю Данилевскому, русскому философу, учѐному-естественнику, жившему в ХIX веке. В книге «Россия и Европа» (1869) им была выдвинута теория культурно-исторических типов [8]. В качестве философа истории Н. Данилевский явился родоначальником теории цивилизаций (синоним: теория «локальных цивилизаций»), автором первого еѐ варианта – теории культурно-исторических типов» [8, 6]. Исходя из этой характеристики, С.И.Бажов – автор предисловия к последнему изданию указанной книги – называет историю «биографией» самобытных и независимых культурно-исторических типов (цивилизаций), а также перечисляет указанные в книге Данилевского десять «полноценных» культурно-исторических типов: 1) египетский; 2) китайский; 3)… - ["HƏR ŞEY YAXŞI OLACAQ" - HÖKUMƏ ƏLİYEVA FOTOLARDA](https://pedaqoq.az/?p=1393): Tanrının seçdiyi insanlar olur. Onlar bəzən qısa ömür yaşayırlar, amma həyatdan gedəndən sonra belə, insanlara ümid və ilham verməyə davam edirlər. Bakı-Qroznı reysi ilə uçan təyyarənin stüardessası Hökümə Əliyeva da məhz belə insanlardan idi. Hökümə, həyatının son anlarında göstərdiyi fədakarlıq və mərdliklə əbədiyyət qazandı. Təyyarə qəzaya uğrayarkən o, sərnişinləri sakitləşdirir, onlara təsəlli verir və «Hər şey yaxşı olacaq!» deyə ümid verirdi. Bu sözlər, onun həyata, insanlara olan sevgisinin, peşəsinə sədaqətinin və məsuliyyətinin ən parlaq ifadəsi idi. Hökümənin həyat hekayəsi bir çox cəhətdən ibrətamizdir. Bu gün Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın adı ehtiramla anılır. Onun həyat hekayəsi gənc nəslə vətənpərvərlik, fədakarlıq… - [BAŞSAĞLIĞI: CAMAL MƏMMƏDXANOV](https://pedaqoq.az/?p=1398): Fizika-riyaziyyat elmləri doktoru, Bakı Dövlət Universitetin professoru Camal İslam oğlu Məmmədxanov dekabrın 31-də vəfat etmişdir. Fəaliyyət göstərdiyi illər ərzində 12 elmlər namizədi, 1 elmlər doktoru yetişdirmişdir. 100-dən çox məqaləsi dərc edilmiş və dünyanın aparıcı dövlətlərinin təhsil ocaqlarında (ABŞ, Almaniya, Yaponiya, İngiltərə, Rusiya və s.) tərcümə edilərək çap olunmuşdur. Rusiya, Bolqarıstan, Çexiya, Macarıstan və Türkiyədə keçirilən simpoziumlarda çıxış etmişdir. Allah rəhmət etsin! - [20 İLDƏ ADPU ALİMLƏRİNİN 397 MƏQALƏSİ SCOPUS BAZASINA DÜŞÜB](https://pedaqoq.az/?p=1390): SCOPUS elmmetrik bazasında 1994-2024-cü illər üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) alimlərinin müəllifi olduqları məqalələrin sayı 397 olub. Bu məqalələrdən 333-ü isə 2016-2024-cü illləri əhatə edir. Pedaqoji Universitetin SCOPUS elmmetrik bazasında indekslənmiş jurnallarda çap olunan məqalələrinin ən yüksək göstəricisi isə 2020-ci il üzrə qeydə alınıb. Həmin il universitet əməkdaşlarının 56 elmi məqaləsi SCOPUS-da indekslənən jurnallarda dərc olunub. Universitetin cari il üzrə SCOPUS elmmmetrik bazasında indekslənmiş jurnallarda çap olunan məqalə sayı isə 50 olub. Çap olunan məqalələrin illər üzrə statistik dinamikası, məqalələrin əhatə etdiyi elmi istiqamətlər və məqalələrin kvartillər üzrə sayı əlavədəki diaqramlarda əksini tapıb. - [SƏBİNƏ POLADOVANIN DİSSERTASİYASININ İLKİN MÜZAKİRƏSİ KEÇİRİLƏCƏK](https://pedaqoq.az/?p=1387): 29 yanvar 2025—ci il tarixində saat 10.00—da Azərbaycan Dillər Universitetinin  İngilis dilinin fonetikasıkafedrasının  5708.01 -German dilləri ixtisasının elmlər doktoru proqramı üzrə sabiq dissertantı Səbinə Elxan qızı Poladovanın “Аллофоническое варьирование смычно-взрывных фонем  современного английского языка (экспериментально-фонетическое исследование)”mövzusunda təqdim etdiyi dissertasiyasının ilkin müzakirəsi keçiriləcəkdir. Dissertasiya ilə İngilis dilinin fonetikası kafedrasında tanış olmaq olar. - [VII BEYNƏLXALQ "WORLD HARMONY" MÜSABİQƏSİNİN TƏNTƏNƏLI BAĞLANIŞ MƏRASİMİ KEÇİRİLİB](https://pedaqoq.az/?p=1434): 24 dekabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında VII beynəlxalq «WorldHarmony» müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirildi. Müsabiqənin münsiflər heyətinin sədri Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, həmsədri Əməkdar müəllim, Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor, Nərminə Quliyevadır. Beynəlxalq münsiflər heyətinin üzvləri isə Tsinino Biçikaşvili (birliyin təsisçisi), professorlar Rustam Şayxutdinov, Deividas Staponkus, Ala Bendoraitiene, Bilgutay Öztürk və Bakı Musiqi Akademiyasının professor-müəllim heyətindən ibarətdir. Əməkdar müəllim, professor Nərminə Quliyeva ön sözlə çıxış edərək, səkkiz nominasiya, 4 və 5 yaş kateqoriyası üzrə keçirilən müsabiqənin əhəmiyyətindən danışdı. O, bu müsabiqədə ənənəvi nominasiyalardan başqa, fortepiano, simli və… - [ADU-DA RUS DİLİ VƏ ƏDƏBİYYATI KAFEDRASININ AÇILIŞI OLUB](https://pedaqoq.az/?p=1325): Dekabrın 20-də Azərbaycan Dillər Universitetində “Rus dili və ədəbiyyatı” kafedrasının açılışı olub. ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, “Rus dili və ədəbiyyatı” kafedrasının fəaliyyətə başlaması münasibəti ilə hər kəsi təbrik edib. Qeyd olunub ki, Azərbaycan və Rusiya arasında artan siyasi, iqtisadi, humanitar və mədəni əlaqələr özünü elmi sahədə də göstərməkdədir. Bunun bariz nümunəsi kimi ADU-da yeni açılan “Rus dili və ədəbiyyatı” kafedrasının fəaliyyətini göstərmək olar: “Bu gün önəmli bir gündür. ADU-da yeni fəaliyyətə başlayan “Rus dili və ədəbiyyatı” kafedrası həm tələbələrimiz, həm də müəllimlərimiz üçün mühüm elmi əhəmiyyət kəsb edir. Bu kafedra Azərbaycan və Rusiya arasında mövcüd olan sıx əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinə… - [ADU-NUN ƏMƏKDAŞI BEYNƏLXALQ ELMİ SEMİNARDA İŞTİRAK EDİB](https://pedaqoq.az/?p=1321): Dekabrın 18-də Azərbaycan Dillər Universitetinin Şeyx Zayed adına Ərəb dili Auditoriyasının müdiri, azərbaycanlı alim Ülviyyə Hüseynova Minskdə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən onlayn formatda  təsis olunmuş Minsk Dövlət Linqvistik Universiteti tərəfindən keçirilən elmi seminarda iştirak edib. O, 18 dekabr – Ərəb Dili Gününə həsr olunan “Ərəb dili və mədəniyyəti: ənənələr və müasirlik” adlı elmi seminarda “Azərbaycanda ərəb dilinin tədrisi tarixi” mövzusunda çıxış edib.  Azərbaycanlı alim çıxışında ərəb dilinin Azərbaycanda tədris ənənələrinin qədim dövrlərə dayandığını, bu dilin həm dini, həm də elmi-mədəni irs baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Həmçinin, o, müasir dövrdə ərəb dilinin tədrisi sahəsində mövcud vəziyyət və perspektivlər barədə də fikirlərini bölüşüb. Dəyirmi masada müxtəlif ölkələrdən gələn akademiklər, tədqiqatçılar və tələbələr ərəb dilinin qlobal səviyyədəki rolu ilə bağlı müzakirələr aparıblar. Tədbir… - [ADPU BDU-NUN 105 İLLIYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KONFRANSDA TƏMSİL OLUNMUŞDUR](https://pedaqoq.az/?p=1312): Bakı Dövlət Universitetinin (BDU) 105, Biologiya fakültəsinin 90 illik yubileylərinə həsr olunmuş “Biologiyada nailiyyətlər və çağırışlar” mövzusunda XII Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilmişdir. Mərasimdə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Giriş sözü ilə çıxış edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov 2024-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu xatırladaraq, yaşıl dünya, yaşıl inkişaf və yaşıl enerji məsələlərinin dövrümüzün ən aktual problemləri olduğunu bildirmişdir. Beynəlxalq konfransın əsas məqsədi biologiya sahəsində müasir nəzəri və praktiki… - [ADU-nun MÜƏLLİMLƏRİ RUMINİYADA MÜBADİLƏ PROQRAMINDA İŞTİRAK EDİB](https://pedaqoq.az/?p=1308): Azərbaycan Dillər Universitetinin (ADU) beynəlxalq əlaqələri genişlənməkdə davam edir. Universitetin əməkdaşları bir sıra ölkələrlə elm və təhsil sahəsində əməkdaşlıq müqavilələrinə imza atıb və ERASMUS + müəllim mobilliyi layihəsində də fəal iştirak edirlər. Son olaraq, Azərbaycan Dillər Universitetinin (ADU) iki müəllimi Buxarest Universitetində müəllim mübadilə proqramında iştirak edib. Eyni zamanda, Buxarest Universitetinin əməkdaşları ilə birgə elmi araşdırmalar nəticəsində hazırlanan “Şəhər antropologiyası” jurnalının təqdimatı da keçirilib. Bu jurnal, Rumıniyanın Buxarest Universitetinin Ədəbiyyat fakültəsi, Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi, ADU-nun Rumın dili və Mədəniyyəti Mərkəzi və Batumi Universitetinin birgə elmi tədqiqatları əsasında hazırlanıb. Jurnalın 23-cü nömrəsi Cənubi Qafqazda yaşayan xalqların maddi və mənəvi… - [ADPU-DA GƏNC TƏDQİQATÇILAR ÜÇÜN TƏLİM KEÇİRİLİB](https://pedaqoq.az/?p=1304): Dekabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Gənc Alim və Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə universitetin gənc alim və tədqiqatçıları üçün “Scopus məlumatlarının təhlili və şərhi. Tədqiqat metriklərinin istifadəsi və təhlili üzrə” mövzusunda növbəti təlim keçirilib. İclası giriş sözü ilə açan ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov qeyd edib ki, respublikamızda elm və təhsil sahəsində aparılan islahatlar və tətbiq olunan yeniliklər ADPU-da da uğurla davam etdirilir. Prorektor bildirib ki, ADPU Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş Doktorantların və Gənc… - [ADU-da "DƏYİŞƏN DÜNYADA MƏDƏNİYYƏTLƏRİN DİALOQU" ADLI BEYNƏLXALQ FORUM KEÇİRİLİB](https://pedaqoq.az/?p=1296): Dekabrın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Rus Dünyası Fondu, Bakı Rus Evi, Voronej Dövlət Universiteti və ADU-nun birgə təşkilatçılığı ilə “Dəyişən dünyada mədəniyyətlərin dialoqu” adlı beynəlxalq forum keçirilib. Forumun təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayaraq, forumu mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi qiymətləndirib. “Azərbaycan və Rusiya arasında əlaqələr tarixən dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri üzərində qurulub. Bu gün universitetimizdə keçirilən forum hər iki xalqın mədəniyyətinin zənginliyini nümayiş etdirmək və onları bir-birinə daha da yaxınlaşdırmaq üçün mühüm addımdır. Təhsil, elm və mədəniyyət sahələri xalqlarımızı bir-birinə yaxınlaşdıran ən güclü vasitələrdən… - [ADPU rektoru magistrantlarla görüşüb](https://pedaqoq.az/?p=1292): Azərbaycan Dövlət Pedaqoji Universitetində Təhsilin təşkili və idarə edilməsi (MBA) ixtisaslaşmasında təhsil alan magistrantların Təhsildə strateji idarəetmə fənni üzrə növbəti dərslərində Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov qonaqları olub. “ADPU-daa strateji idarəetmənin xüsusiyyətləri: Müəssisənin xarici və daxili mühitinin təhlili” mövzusunda keçirilən görüşdə giriş sözü ilə çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov görüşün magistrantların idarəçilik və liderlik bacarıqlarının inkişafı baxımından əhəmiyyətini xüsusi vurğulayıb. A.Zamanov rektorun praktik təcrübəsinin və peşəkar idarəçilik bacarıqlarının magistrantlar üçün səmərəli öyrənmə mühiti yaradacağını və görüşdə iştirak edən magistrantların bu fikir mübadiləsindən zəngin təcrübə əldə edəcəklərini qeyd edərək, gənclərin görüş nəticəsində əldə edəcəkləri… - [Başsağlığı: ƏLİDURSUN İSAYEV](https://pedaqoq.az/?p=1288): İmişli rayon Məzrəli kənd tam orta məktəbinin direktoru Əlidursun İsayev avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Pedaqoq.az kollektivi və müəllim həmkarları Əlidursun İsayevin vaxtsız öülümündən kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət etsin. - [MAGİSTRATURAYA QEYDİYYAT GƏLƏN İLİN YANVAR-FEVRAL AYLARINDA APARILACAQ](https://pedaqoq.az/?p=1282): Dövlət İmtahan Mərkəzi (DIM) növbəti tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanına hazırlaşan bakalavrların qeydiyyatını 2025-ci ilin yanvar-fevral aylarında keçirməyi planlaşdırır. “Pedaqoq.az” xəbər verir ki, DİM bu barədə məlumat yayaraq bildirirb ki, əvvəlki illərdə məzun olan bakalavrlar imtahana qeydiyyat zamanı bəzi hallarda təhsil məlumatlarının “Tələbə-məzun” bazasında olmaması və ya qeyri-dəqiq olması halları ilə rastlaşırlar. Belə olduqda həmin bakalavrlar sistemdə qeydiyyatdan keçə bilmirlər və məlumatların daxil edilməsini təmin etmək üçün vaxt itkisi ilə üzləşirlər. Hətta bəzən qeydiyyat müddətində bunu həyata keçirməyi çatdırmırlar. Bununla bağlı DİM-in elektron poçtuna çoxsaylı müraciətlər daxil olur. DİM Qeyd olunanları nəzərə alaraq əvvəlki illərdə məzun… - [QARA DƏLİKLƏRİN SİRLİ TƏKAMÜLÜ](https://pedaqoq.az/?p=1277): Qara dəliklər, ulduzların və digər kosmik cisimlərin maddələrinin məkanın və zamanın həddindən artıq sıxışdığı nöqtələrdə toplandığı, son dərəcə mürəkkəb və sirli obyektlərdir. Alimlərin və cəmiyyətin marağını çəkən bu varlıqlar, işığın belə onlardan qaçmasına imkan verməyən, sonsuz cazibə qüvvəsinə sahib bir bölgə təşkil edir. Qara dəliklərin yaranması, ulduzların ömrünün sonunda mərkəzi hissələrinin çökməsi ilə baş verir; bu, ulduzun bütün maddəsinin çox yüksək sıxlığa və temperaturda sıxılmasına səbəb olur. Bu proses, «Gravitasiya çöküşü» adlanır və ulduzun kütləsindən asılı olaraq, supernova partlayışı və ya birbaşa qara dəlik yaranması ilə nəticələnə bilər. Einşteynin ümumi nisbilik nəzəriyyəsi çərçivəsində qara dəliklər, mütərəqqi şəkildə ətrafında əyilmə və… - [MÜƏLLİMLƏRƏ VERİLƏCƏK GÜZƏŞTLİ KARTLARDA NƏLƏR OLACAQ? - DETALLAR](https://pedaqoq.az/?p=1274): “Azərbaycanda təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq”. Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib. O qeyd edib ki, bu kartların verilməsinə gələn ildən başlanılacaq. “Yeni tədris ilindən təhsil sahəsində çalışan hər kəsin istifadə edə biləcəyi təhsil kartının təqdim olunacağı nəzərdə tutulur. Həmin kartda da güzəşt və endirimlər olacaq”, — deyə Elnur Nəsibov bildirib. Bəs təhsil işçilərinə veriləcək güzəştli kartlarda nələr olacaq? Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Musavat.com-a açıqlamasında deyib: “Hazırda ölkəmizdə ali və orta ixtisas təhsili müəssisələrində, orta məktəblərdə 200 mindən çox təhsilverən çalışır. Gələn ildən təhsil işçilərinə güzəştli kartların verilməsi, müəllimlərin… - [ADU BEYNƏLXALQ REYTİNQ CƏDVƏLİNİN YÜKSƏK PİLLƏSİNDƏ](https://pedaqoq.az/?p=1267): «AD Scientific Index» dünya ölkələri arasında ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyəti, beynəlxaq arenada elm adamlarının elmi potensialının ölçülməsi üzrə beynəlxalq reytinq cədvəlidir. Azərbaycan üzrə Universitetlərin Reytinq cədvəli — 2025 (Azerbaijan All Universities Rankings — 2025) 22 dövlət, 5 özəl ali təhsil müəssisəsi olmaqla 27 ali təhsil müəssisəsi üzrə reytinq cədvəli hazırlanmışdır. «AD Scientific Index» elmi kadrların H indeksi, i10 Indeksi haqqında məlumat verə bilən yeganə mənbədir. Azərbaycan Dillər Universiteti ölkə üzrə 5-ci yeri tutur. Xatırladaq ki, cədvəl son 6 ildə universitetin elmi bazasına olan sitatların, H indeksi yüksək olan alimlərin reytinq cədvəlini təqdim edir. Cədvəldə Azərbaycan Dillər Universiteti üzrə 44… - [COP-29 TƏDBİRİNİN ÖLKƏMİZ VƏ TƏHSİLİMİZ ÜÇÜN ƏHƏMİYYƏTİ](https://pedaqoq.az/?p=1244): Qumru Vasif qızı Balaxanova ADPU-nun Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru İqlim dəyişiklikləri bütün dünyanın üzləşdiyi bu problem kimi artıq hər birimizin gündəlik həyatına təsir edir. Bəşəriyyət olaraq bu dəyişikliklərin fəsadları ilə hər il daha çox qarşı-qarşıya gəlirik. Birləşmiş Millətlər Təşkilatının (BMT) təşkil etdiyi iqlim dəyişiklikləri ilə çərçivə konfransları da dünya liderlərini məhz eyni məqsəd uğrunda bir araya gətirir: iqlimi qorumaq, gələcək nəsillər üçün yaşana bilən yaşıl bir dünya yaratmaq! Bu il də, yəni 2024-cü ildə COP-29 tədbiri bu mübarizənin növbəti böyük mərhələsi olduğu üçüb Azərbaycanın bu mötəbər tədbirə qatılması ölkəmizin ekoloji gələcəyi və bu… - [ADU-DA “ZƏFƏR YOLU” ADLI İNŞA MÜSABİQƏSİ KEÇİRİLİB](https://pedaqoq.az/?p=1238): Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərinin birgə təşkilatçılığı ilə universitetin tələbələri arasında müxtəlif dillərdə “Zəfər yolu” adlı inşa müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsinin əsas məqsədi tələbələrin 44 günlük Vətən müharibəsində qazanılmış zəfər haqqında öz düşüncələrini qələmə almaq və yazı bacarıqlarını inkişaf etdirməkdir. Müsabiqədə iştirak edən 26 tələbə Azərbaycan, ingilis, rus, İndoneziya, ivrit, ərəb, Koreya və ispan dillərində inşalar təqdim edib. Bildirilib ki, müsabiqənin nəticələri noyabr ayının sonunda elan olunacaq. Qalib iştirakçılara diplom və sertifikatlar təqdim olunacaq. - [ADPU-DA ŞƏHİD VƏ QAZİ AİLƏSİNİN ÜZVÜ OLAN TƏLƏBƏLƏRİN TƏHSİL KREDİTİ BORCLARI SİLİNİR - ELMİ ŞURANIN İCLASI](https://pedaqoq.az/?p=1235): Noyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının 2024/2025-ci tədris ili üçün növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Elmi Şuranın sədri, Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov ötən Elmi Şuradan sonrakı dövrdə elmi ad almış universitet əməkdaşları, — filologiya üzrə fəlsəfə doktoru Yeganə Qasımova, kimya üzrə fəlsəfə doktoru Kəmalə İsgəndərova, aqrar elmlər üzrə fəlsəfə doktoru Fazil Cəfərov, tarix üzrə fəlsəfə doktoru Habil Həsənov, pedaqogika üzrə fəlsəfə doktoru Könül Mahmudova, pedaqogika üzrə fəlsəfə doktoru Maya Qasımova və pedaqogika üzrə fəlsəfə doktoru Umhani Məmmədovaya dosent attestatlarını təqdim edib. O cümlədən, universitetdə uzun illər elmi-pedaqoji fəaliyyətinə görə Fəlsəfə və sosial elmlər… - [FİRƏNGİZ MAHMUDOVAYA FƏLSƏFƏ DOKTORU ELMİ DƏRƏCƏSİ VERİLİB](https://pedaqoq.az/?p=1232): Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının baş müəllimi Firəngiz Mahmudovaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 25.10.2024-cü il tarixli qərarı ilə 5704.01-Dil nəzəriyyəsi ixtisasında filologiya elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Bu münasibətlə Firəngiz Mahmudovanı təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq! - [ADU-DA "DİSLEKSİYA MAARİFLƏNDİRMƏ AYINA" HƏSR EDİLMİŞ SEMİNAR KEÇİRİLİB](https://pedaqoq.az/?p=1229): Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində disleksiya mütəxəssisi Ülviyyə Qasımovanın iştirakı ilə maarifləndirici seminar keçirilib. Keçirilən seminar “Disleksiya Maarifləndirmə ayına” həsr edilib. Seminarı giriş nitqi ilə açan Pedaqogika kafedrasının müdiri dos.N.Zeynalova tədbirin əhəmiyyətindən danışıb. Elmi seminarda inklüziv təhsil sahəsində görülmüş işlər, perspektivlər barəsində ətraflı məlumat verilib. Seminar iştirakçıların mövzu ilə bağlı müzakirələri ilə yekunlaşıb. - [ADPU-nun alim və tələbələri “İqlim Dəyişikliyi Zirvəsi”ndə](https://pedaqoq.az/?p=1226): Noyabrın 1-də Cifal İstanbul, Bağçaşəhər Universiteti, “Bilimsenol” Platforması, Azərbaycan Texniki Universiteti və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin əməkdaşlığı çərçivəsində “İqlim Dəyişikliyi Zirvəsi” konfransı keçirilib. Konfransda “Sıfır tullantı” panelində çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva tullantıların idarə olunması, səmərəli geridönüş, ətraf mühitə daha həssas gəncliyin yetişdirilməsində təhsil prosesinin rolundan və görülən işlərdən danışıb. “İqlim dəyişikliyi. Yaşıl enerji” panelində çıxış edən fakültənin dekan müavini dos. Bəsti Əsədova isə iqlim böhranları, onlarla mübarizə tədbirləri və ekosistemlərin qorunması yolları ilə bağlı məsələlərə toxunub. Türkiyə və Azərbaycanın elm xadimləri, mütəxəssislər və ətraf mühit fəallarının iştirak etdiyi… - [Gənc fiziklər ADPU-nun Heydər Əliyev Muzeyində ](https://pedaqoq.az/?p=1223): Noyabrın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin birinci tədris ili tələbələri üçün “Heydər Əliyev dərsləri” təşkil edilib.  ADPU-nun Heydər Əliyev Mərkəzinin keçirdiyi  silsilə dərslərin məqsədi Ümummilli Liderin Azərbaycanın inkişafına verdiyi misilsiz töhfələri və zəngin siyasi irsini gənclərə çatdırmaqdır. Dərs universutetin Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi Aynurə Əsgərovanın müşayiəti ilə Heydər Əliyev Muzeyində başlayıb. Burada tələbələr Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən materiallarla tanış olan tələbələrə muzeydəki eksponatlar, arxiv sənədlərinin surətləri, fotoşəkillər, kitablar, suvenirlər və s. haqqında ətraflı məlumat verilib.   Sonra dərs ADPU-nun Heydər Əliyev məktəbinin lektoriyasında davam edib. Universitetin Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov Ulu Öndərin… - [ADPU-DA "YAŞIL SEÇİMLƏR: EKOLOJİ AYAQ İZİ VƏ DAVAMLI GƏLƏCƏK" ADLI KAFEDRA ELMİ SEMİNARI KEÇİRİLMİŞDIR](https://pedaqoq.az/?p=1218): 2024-cü ilin «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi haqqında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq keçirilən silsilə tədbirlərdən biri Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) baş tutmuşdur. Oktyabrın 31-də baş tutan tədbir çərçivəsində ADPU-nun Biologiya və onun tədrisi texnologiyası kafedrasında «Yaşıl seçimlər: ekoloji ayaq izi və davamlı gələcək» adlı kafedra elmi seminarı keçirilmişdir. Seminarı giriş sözü ilə açan kafedra müdiri, biologiya elmləri doktoru, dosent, əməkdar müəllim Anaxanım Yusifova ekoloji problemlərin vurduğu zərərlərin cəmiyyətə və təbiətə təsirlərindən bəhs etmiş, qlobal ekoloji məsələlərin həlli üçün beynəlxalq əməkdaşlığın və hər bir fərdin üzərinə düşən məsuliyyətin əhəmiyyətini vurğulamışdır. O, xüsusilə su… - [ADPU-DA TƏLƏBƏLƏR ÜÇÜN NÖVBƏTİ İNKİŞAF LAYİHƏSİ BAŞ TUTDU](https://pedaqoq.az/?p=1215): Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin intellektual, mədəni və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, eləcə də universitetdə aktiv tələbə mühitinə töhfə vermək məqsədilə silsilə tədbir və layihələr icra olunur. Bu baxımdan Pedaqoji Universitetdə həftəsonları xüsusilə rəngarəng keçir. Bu şənbə də bu baxımdan istisna deyil. Oktyabrın 26-da Tələbə Həmkarlar İttifaqı Komitəsi (ADPU THİK) tərəfindən Vətən müharibəsi qəhrəmanlarını anmaq məqsədi ilə təşkil olunab “Zəfər turniri” intellektual yarışı ilə «tələbə günü»nə start verilib. Yarışın açılışında sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli və şöbənin əməkdaşı İsmayıl Nəsirov tələbələrə öz dəstəklərini ifadə edərək belə… - [PEDAQOJİ UNİVERSİTET İSTANBUL UNİVERSİTETİ İLƏ ƏMƏKDAŞLIĞA BAŞLAYIR](https://pedaqoq.az/?p=1212): Oktyabrın 23-də Türkiyə Respublikasının İstanbul Universitetində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov və İstanbul Universitetinin rektoru professor Osman Bülənd Zülfiqar arasında görüş keçirilib. Görüş çərçivəsində tərəflər rəhbərlik etdikləri ali təhsil müəssisələrinin fəaliyyət istiqamətləri haqqında məlumat təqdim edib, əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüşün yekununda prof. C. Cəfərov və prof. O. B. Zülfiqar universitetlər arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalayıblar. - [BMU Çinin tanınmış təhsil texnologiyaları şirkəti ilə əməkdaşlığa başlayır](https://pedaqoq.az/?p=1209): Çin Xalq Respublikasının “Ruipan Beynəlxalq Təhsil Texnologiyaları” (“Beijing Ruipan International Education Technology”) şirkətinin nümayəndələri Bakı Mühəndislik Universitetində (BMU) olublar. Qonaqlarla görüşdə rektor Yaqub Piriyev Azərbaycanla Çin arasında əlaqələrin tarixinə toxunub, əməkdaşlığın genişlənməsi və inkişafının iki ölkənin əsas və uzunmüddətli maraqlarına cavab verdiyini, sülhə, sabitliyə, sosial-iqtisadi, mədəni tərəqqiyə xidmət etdiyini vurğulayıb. Rektor ölkələrimiz arasında təhsil sahəsində həyata keçirilən layihələri, xüsusilə Hökumətlərarası Təqaüd Proqramının əhəmiyyətini vurğulayaraq, proqramın Azərbaycan və Çin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində istədikləri ixtisas üzrə təhsil almaq imkanı yaratdığını söyləyib. Yaqub Piriyev sonra BMU-nun maddi-texniki bazası, akademik heyəti, müasir laboratoriyaları, tədris olunan ixtisaslar barədə ətraflı bəhs… - [ADPU-nun müəllimi beynəlxalq festivalın “Qran-Pri”sini qazanıb](https://pedaqoq.az/?p=1206): Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsinin Musiqi və onun tədrisi texnologiyası kafedrasının müəllimi Aygün Abaszadə “Astana Stars” – İtaliya-Qazaxıstan 2024 V Beynəlxalq Musiqi Festivalında “Milli vokal” kateqoriyası üzrə Qran Pri mükafatına layiq görülüb. Həmçinin, müsabiqədə kafedranın baş müəllimi Gülarə Aslanova da xüsusi diplomla təltif olunub. - [ADPU-DA "TƏHSİLDƏ ESTONİYA TƏCRÜBƏSİ" BEYNƏLXALQ ELMİ-KONFRANSI BAŞ TUTUB](https://pedaqoq.az/?p=1203): Oktyabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə Estoniya təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın açılış mərasimində Milli Məclisin deputatı Mehriban Vəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının çıxış ediblər. Çıxışlarda Azərbaycan təhsil sistemində əldə olunan nailiyyətlər diqqətə çatdırılaraq, müasir qabaqcıl təhsil sistemlərinin uğurlu təcrübələrinin də öyrənilməsinin… - [ADPU-NUN PROREKTORU ƏRƏBGİR ŞƏHƏRİNİN FƏXRİ VƏTƏNDAŞI SEÇİLİB](https://pedaqoq.az/?p=1198): Türkiyə Respublikasının Ərabgir ilçəsində təşkil olunan IV Beynəlxalq Oğuzlar Simpoziumunda iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmlər doktoru, professor Mahirə Hüseynova Ərəbgir şəhərinin fəxri vətəndaşı seçilib. Professor Mahirə Hüseynovaya bununla bağlı təqdim edilən sənəddə yazılır: “Ərəbgirin ölkə və beynəlxalq səviyyədə təbliğində öz töhfəsini, iştirakını və dəstəyini əsirgəməyən, bu işdə böyük fədakarlıqla çalışan ADPU-nun prorektoru, prof. Mahirə Hüseynovaya Ərəpgir rayonunun vətəndaşlığı haqqında arayış təqdim olunub. Ərəbgir Bələdiyyəsinin sədri Haluk Comərdoğlu”. Qeyd edək ki, Beynəlxalq Oğuzlar Simpoziumu türk xalqlarının vahid müstəviyə inteqrasiyası üçün türk dövlətlərində ildə bir dəfə nüfuzlu universitetlər tərəfindən keçirilən tədbirdir. Araşdırmaçı alimlərin bölmə… - [ADPU-DA EKOSƏRGİ: ATMA, YARAT](https://pedaqoq.az/?p=1195): Oktyabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə tələbələrin “ATMA, YARAT! ” adlı ekosərgisi və ağacəkmə aksiyası keçirilib. Sərgini giriş sözü ilə açan Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş bu tədbirin dünyamızı qorumaq adına göndərilən əhəmiyyətli mesaj olduğunu qeyd edib. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» sənədində 5-ci prioritetin məhz «Təmiz ətraf mühit və yaşıl artım ölkəsi» olduğunu qeyd edən R.Ağayeva, yaşıl iqtisadiyyata və yaşıl enerji təchizatına keçidin Azərbaycan iqtisadiyyatının prioritet məsələlərindən olduğunu, ölkə başçısının işğaldan azad… ## Pages - [DOI SİYASƏTİMİZ](https://pedaqoq.az/?page_id=1466): www.Pedaqoq.az saytında yayımlanan bəzi publisistik məqalələrə DOI verilməsi mümkündür, lakin bunun üçün bir neçə zəruri tələblərimizi nəzərə almağınız lazımdır: 1. Publisistik məqalələrə DOI vermək üçün tələblərimiz: — Məqalə ciddi redaksiya prosesindən keçməlidir. — Professional standartlara uyğun olmalıdır. — Orijinal məzmuna malik olmalıdır. — Etibarlı nəşriyyat və ya media qurumu tərəfindən dərc edilməlidir. 2. Məhdudiyyətlər: — Gündəlik xəbərlər və ya qısamüddətli aktual olan yazılara tərəfimizdən DOI verilmir. — Sosial media postları və ya blog yazıları üçün tərəfimizdən DOI verilmir. — Kommersiya məqsədli məqalələr üçün tərəfimizdən DOI verilmir. 3. Hansı hallarda publisistik məqalələrə DOI təqdim edirik: — Elmi-pedaqoji məsələlərə həsr olunmuş analitik… - [Editorial Board](https://pedaqoq.az/?page_id=1046): Tamilla Alibayova — (Chief editor)Rufat Ilyaszadeh — (Managing editor) Dear authors and readers,Welcome to the website of the first issue of the scientific Journal of «PEDAQOQ.AZ» which is published by www.pedaqoq.az, Azerbaijan.The journal provides a platform for scientific discussions on theoretical and empirical problems in the education, university and adult education, as well as the continuing education of human resources in today’s learning organization.The first issue of the new journal has already started. The included articles question and explore issues of educational management, modern approaches to the motivation for learning, multifunctionality of the educational resources, preparation of teachers for work… - [Blog](https://pedaqoq.az/?page_id=50) - [Əsas səhifə](https://pedaqoq.az/) - [Blog](https://pedaqoq.az/?page_id=301) - [Home](https://pedaqoq.az/?page_id=217) [comment]: # (Generated by Hostinger Tools Plugin)