BAKIDA RUSİYA-AZƏRBAYCAN UNİVERSİTETİ YARADILIR?

“Rusiya və Azərbaycan Bakıda birgə universitetin yaradılması üzərində işləyir”.

“Pedaqoq.az” TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib. 

“Hazırda Bakıda Rusiya-Azərbaycan universitetinin yaradılması təşəbbüsü müzakirə edilir. Azərbaycan Prezidenti bu ideyanı dəstəklədi. Ümid edirəm ki, biz bunu kifayət qədər tez bir zamanda həyata keçirəcəyik”, — deyə Putin qeyd edib.