TÜRKİYƏ-AZƏRBAYCAN UNİVERSİTETİNDƏ TƏDRİS BELƏ TƏŞKİL OLUNACAQ
Avqustun 9-dan etibarən 2024-2025-ci tədris ili üçün Türkiyə-Azərbaycan Universitetinə (TAU) tələbə qəbulu başlayıb.
Türkiyə-Azərbaycan Universitetində (TAU) tədris prosesinə Türkiyədən Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.
TAU-da tədris ingilis dilində aparılacaq, lakin tələbələrin ingilis dili biliklərinin mükəmməl olması üçün hazırlıq mərhələsi nəzərdə tutulub.
Abituriyentlər Türkiyə-Azərbaycan Universitetinə qəbul prosesi ilə əlaqədar AzTU-da hər gün keçirilən «Açıq qapı» günündə iştirak etməklə universitetlə əlaqədar onları maraqlandıran suallara cavab tapa bilərlər.