COP29 GÜNLƏRİNDƏ AZƏRBAYCANDA TƏHSİL OCAQLARI DİSTANT FƏALİYYƏTƏ KEÇƏCƏK

Nazirlər Kabineti COP29 tədbirinin keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər haqqında qərar qəbul edib.

Qərara əsasən:

  • Ali təhsil pillələri üzrə Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant formada təhsil həyata keçiriləcək. (Həmçinin orta ixtisas (kollec) və peşə təhsil müəssisələri də)
  • Ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq.