ELDAR ƏFƏNDİYEV VƏFAT EDİB

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının dosenti Eldar Əfəndiyev vəfat edib.

Eldar Əfəndiyev 1969-cu ildən AzTU-nun Avtomobillər kafedrasında əmək fəaliyyətinə başlayıb, daha sonra fəaliyyətini Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi  kafedrasında müxtəlif vəzifələrdə davam etdirib.   

60-a yaxın elmi, elmi-metodiki məqalənin müəllifi idi.

AzTU-nun rəhbərliyi və kollektivi Eldar Əfəndiyevin vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.

Allah rəhmət eləsin!