500 HƏRFLİK HEKAYƏ MÜSABİQƏSİ
Hörmətli tələbələr, magistrantlar, doktorantlar və müəllimlər!
Pedaqoq.az platforması kiçik bir yaradıcılıq müsabiqəsi elan edir. Şərtlərimiz çox sadədir: 500 hərfdən ibarət hekayə yazmaq. Siz öz dünyagörüşünüzə, həyat fəlsəfənizə və fantaziyanıza güvənərək istədiyiniz mövzuda maraqlı bir hekayə ərsəyə gətirə bilərsiniz.
Hekayə indiyədək heç bir yerdə çap olunamamalı və hekayə müəllifinin intellektual məhsulu olmalıdır.
Hekayələr əvvəlcə jüri tərəfindən ələnib seçiləcəkdir. Seçilmiş hekayələr açıq səsverməyə çıxarılacaqdır. Ən çox səs toplayan 3 hekayə I, II və III yer olmaqla qalib elan olunacaqdır.
Hekayələrinizi www.pedaqoq.az@gmail.com poçt ünvanımıza mətn şəklində göndərməlisiniz. Həcm az olduğuna görə, Word proqramda yazmağa ehtiyac yoxdur. Əmin olmalısınız ki, mətndəki hərflərin sayı beş yüzü aşmasın. Lakin ad və soyadınızı, mobil telefon nömrənizi və təhsil aldığınız (işlədiyiniz) müəssisənin adını mütləq göstərməlisiniz.
Hekayələrin son qəbul tarixi 22.01.2026-cı ildir.
Qaliblərə qiymətli hədiyyələr veriləcək və hekayələri platformamızda dərc olunacaq. Qaliblər arzu edərsə, onlar barədə məlumatlar da paylaşılacaq və təhsil müəssisələrinə təşəkkür məktubu göndərciləcəkdir.
Bütün iştirakçılara uğurlar arzulayırıq.
Pedaqoq.az redaksiyası