PROFESSOR RÜFƏT HÜSEYNZADƏNİN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

Metodik vəsaitin müəllifləri Professir Rüfət Lətif oğlu Hüseynzadə və Dosent Sultanəli Şükür oğlu Qurbanovdur.

Cəmiyyətin inkişafı, insanların rifah halının yüksəlişi, onların təhsili, tərbiyəsi, mədəni davranışı, səmərəli fəaliyyəti müəllimin pedaqoji fəaliy- yətindən, onun fədakar əməyindən çox asılıdır. Müəllim bu günkü yetişən nəslə təhsil verməklə millətin gələcəyini hazırlayır. Ulu Öndər Heydər Əliyev demişdir: “Təhsil millətin gələcəyidir”. Müəllimlik cəmiyyətin ən şərəfli və ən hörmətli peşəsidir. Ulu Öndər Heydər Əliyev müəllim adına, müəllim əməyinə, fəaliyyətinə daim böyük qiymət vermiş, bu şərəfli əmək sahiblərinin fəaliyyətini həmişə yüksək dəyərləndirərək demişdir: Mən yer üzündə müəllim adından yüksək və şərəfli bir ad tanımıram! Bu qiymətli fikirlər dahi rəhbərin müəllimlik peşəsinə yaxından bələd olmasından, bu peşənin icəliklərinə qədər dərindən bilməsindən, bu peşəni məhəbbətlə sevməsindən və daim müəllimlərinə dərin hörmət və məhəbbət bəsləməsindən irəli gəlirdi. Cəmiyyətin inkişafı, insanların rifah halının yüksəlişi, təhsili, tərbiyəsi, mədəni davranışı, müdrik fəaliyyəti, xoş rəftarı bir çox cəhətdən müəllimin pedaqoji fəaliyyətindən, onun fədakar əməyindən asılıdır.

Müəllimlik cəmiyyətin ən şərəfli və ən hörmətli peşəsidir. İnsanlar müəllimlərin vasitəsilə elm, bilik qazanır, şüurlu fəaliyyətə yönəlir, hərtərəfli inkişaf edir, formalaşır və sosiallaşır. Müəllimlərin fədakar əməyi sayəsində yetişən nəsil tərbiyə olunur, inkişaf edir, dünyanı dərk edir, ətrafda baş verən hadisələri düzgün qiymətləndirir, həyatda fəal mövqe tutur və gələcək həyatını müəyyənləşdirir. Müəllim cəmiyyətimizdə gedən tərəqqinin, yeni dövlət quruculuğunun önündə addımlayan və yetişən nəsli ən yeni biliklərlə silahlandıran, tərbiyələndirən, inkişaf etdirən fəal bir ziyalıdır. İnsanlar müəllimlər vasitəsilə elm, bilik qazanaraq müxtəlif peşələrə yiyələnir, inkişaf edir, formalaşır, sosiallaşır, tərbiyə olunur, dünyanı dərk edir, ətrafda baş verənləri düzgün qiymətləndirir, həyatda fəal mövqe tutur və gələcək həyatını qurur.

Bu cəhətdən müəllimlik bütün peşələrin anası və yer üzünün ən şərəfli peşəsidir. Elə yeni çıxan kitabın adı da “Yer üzünün ən şərəfli peşəsi – müəllimlik” adlanır. Ktab özü də “Müəllim” nəşriyyatı tərəfindən nəfis şəkildə, çox zövqlü dizyanla çap edilmişdir (Bakı: “Müəllim”, 2025, 400 s.).

Metodik vəsaitin müəllifləri Professor Rüfət Lətif oğlu Hüseynzadə və dosent Sultanəli Şükür oğlu Qurbanovdur. “Metodik vəsait”in elmi redaktoru ADPU – nun Ümumi Pedaqogika kafedrasının müdiri professor İramin İsayevdir. Vəsaitin rəyçiləri – BDU nun Pedaqogika kafedrasınln müdiri, Prof.Dr. Ləzifə Qasımova, ARTİ-nin Elmi Katibi Prof. Dr. , Əməkdar Müəllim Akif Abbasov, SDU-nun Pedaqogika kafedrasının müdiri Dos.Dr. Aytəkin Məmmədova, ADPU-nun Ümumi Pedaqogika kafedrasının dosenti, Pedaqogika üzrə fəlsəfə doktoru Kəmalə Rüstəm qızı Quliyevadır.

Metodik vəsait ilk növbədə ümüumtəhsil məktəblərinin, kollec və ali məktəb müəllimlərinin istifadəsi üçün nəzərdə tutulmuşdur. Bunula bərabər pedaqoji təmayüllü ali məktəb tələbələrimiz, magistr və doktorantlarımız çox rahatlıqla, geniş şəkildə bu kitabdan faydalana bilərtər. Həmçinin bu dəyərli metoik vəsait hamı üçün nəzərdə tutulmuşdur. Hamı, hər kəs bu və ya digər formada məktəblə, müəllimlə bağlıdır. Ya özü oxuyur, ya övladları ya da nəvə -nəticələri oxuyur. Cəmiyyətimzdə oxumayan insan yoxdur. Həyatda fəhlə və ya alim, mühəndis ya sürücü peşəsindən asılı olmayaraq hamı ilk biliyi, savadı, yazıb oxumağı müəllimdən alır və onlar özlərinin ilk müəllimini unutmur, həmişə onları minnətdarlıqla xatırlayırlar. Bu baxımdan da kitab hamı üçün lazımdır.