RUSİYA UNİVERSİTETLƏRİ YENİ ALİ TƏHSİL SİSTEMİNƏ KEÇİD EDİR

2026-cı il sentyabrın 1-dən Rusiya universitetləri yeni ali təhsil sisteminə keçid edəcək. Ölkədə təhsilin bakalavr pilləsi ləğv ediləcək. Bakalavrın əvəzinə təhsildə iki səviyyə tətbiq olunacaq — ali və ixtisaslaşdırılmış ali təhsil.  Əsas səviyyədə təhsil müddəti dörd ildən altı ilədək, ixtisas səviyyəsində isə bir ildən üç ilədək olacaq.

Yeni modelə keçid artıq mövcud proqramlar üzrə təhsilə başlamış tələbələrə təsir etməyəcək. Xatırladaq ki, 2022-ci ildə Rusiya Boloniya sistemindən imtina edib.