ADU-DA «DİSLEKSİYA MAARİFLƏNDİRMƏ AYINA» HƏSR EDİLMİŞ SEMİNAR KEÇİRİLİB
Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində disleksiya mütəxəssisi Ülviyyə Qasımovanın iştirakı ilə maarifləndirici seminar keçirilib. Keçirilən seminar “Disleksiya Maarifləndirmə ayına” həsr edilib.
Seminarı giriş nitqi ilə açan Pedaqogika kafedrasının müdiri dos.N.Zeynalova tədbirin əhəmiyyətindən danışıb. Elmi seminarda inklüziv təhsil sahəsində görülmüş işlər, perspektivlər barəsində ətraflı məlumat verilib. Seminar iştirakçıların mövzu ilə bağlı müzakirələri ilə yekunlaşıb.