ADPU-nun müəllimi beynəlxalq festivalın “Qran-Pri”sini qazanıb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsinin Musiqi və onun tədrisi texnologiyası kafedrasının müəllimi Aygün Abaszadə “Astana Stars” – İtaliya-Qazaxıstan 2024 V Beynəlxalq Musiqi Festivalında “Milli vokal” kateqoriyası üzrə Qran Pri mükafatına layiq görülüb. Həmçinin, müsabiqədə kafedranın baş müəllimi Gülarə Aslanova da xüsusi diplomla təltif olunub.