BAŞSAĞLIĞI: ŞƏFA ƏLİZADƏ

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünasalıq və daşınmaz əmlakın kadastrı kafedrasının laboratoriya müdiri Şəfa Əlizadə vəfat edib. Şəfa Əlizadə 2015-ci ildən BDU-nun Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasında laboratoriya müdiri vəzifəsində çalışırdı. Onun tədqiqat sahəsi torpaqşünaslıq və torpaq ekologiyası idi.

Pedaqoq.az kollektivi Şəfa Əlizadənin vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.




BAŞSAĞLIĞI: CAMAL MƏMMƏDXANOV

Fizika-riyaziyyat elmləri doktoru, Bakı Dövlət Universitetin professoru Camal İslam oğlu Məmmədxanov dekabrın 31-də vəfat etmişdir.

Fəaliyyət göstərdiyi illər ərzində 12 elmlər namizədi, 1 elmlər doktoru yetişdirmişdir. 100-dən çox məqaləsi dərc edilmiş və dünyanın aparıcı dövlətlərinin təhsil ocaqlarında (ABŞ, Almaniya, Yaponiya, İngiltərə, Rusiya və s.) tərcümə edilərək çap olunmuşdur. Rusiya, Bolqarıstan, Çexiya, Macarıstan və Türkiyədə keçirilən simpoziumlarda çıxış etmişdir.

Allah rəhmət etsin!




Başsağlığı: ƏLİDURSUN İSAYEV

İmişli rayon Məzrəli kənd tam orta məktəbinin direktoru Əlidursun İsayev avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Pedaqoq.az kollektivi və müəllim həmkarları Əlidursun İsayevin vaxtsız öülümündən kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət etsin.




Kəmalə Məmmədova vəfat edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və biologiya fakültəsinin Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti Kəmalə Məmmədova ağır xəstəlik səbəbindən dünyasını dəyişib.

Pedaqoq.az kollektivi mərhumun vəfatından dərin kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!




Əkrəm Aslanov vəfat edib

Yyüzdən çox elmi və metodiki əsərlərin müəllifi olan, uzun illər Gəncə şəhərində ali məktəb müəllimi və kafedra müdiri çalışmış Əkrəm Əhməd oğlu Aslanov 70 yaşında dünyasını dəyişib. O, fizika-riyaziyyat elmləri namizədi, Azərbaycanın tanınmış alimlərindən biri olub.

Allah rəhmət etsin!




ALLAH RƏHMƏT ETSİN!

Aybəniz xanım Ələsgərova dayısı qızı, Abşeron rayon, Xırdalan şəhər 1 saylı tam orta məktəbin ingilis dili müəlliməsi Aysə xanımın vaxtsız vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət etsin!




ELDAR ƏFƏNDİYEV VƏFAT EDİB

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının dosenti Eldar Əfəndiyev vəfat edib.

Eldar Əfəndiyev 1969-cu ildən AzTU-nun Avtomobillər kafedrasında əmək fəaliyyətinə başlayıb, daha sonra fəaliyyətini Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi  kafedrasında müxtəlif vəzifələrdə davam etdirib.   

60-a yaxın elmi, elmi-metodiki məqalənin müəllifi idi.

AzTU-nun rəhbərliyi və kollektivi Eldar Əfəndiyevin vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.

Allah rəhmət eləsin!




YUNİS ƏMİRASLAN VƏFAT EDİB

Tibb elmləri doktoru, Azərbaycan Üz-Çənə Cərrahiyyəsinin «Babası» adlandırılan professor Yunis Əmiraslan oğlu Yusubov vəfat edib.

Allah rəhmət eləsin.




VİDADİ HÜSEYNOV VƏFAT EDİB

AMEA-nın professoru, kimya elmləri doktoru Vidadi Hüseynov vəfat edib.

Pedaqoq.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, professor ötən gün 74 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, V.Hüseynov 1950-ci ildə Qubadlı rayonunun Həkəri kəndində anadan olub. 1975-ci ildən AMEA-da işləyib.

Allah rəhmət eləsin!




ŞİRİNDİL ALIŞANLI VƏFAT EDİIB

Filologiya elmləri doktoru, professor Şirindil Alışanlı vəfat edib.

Pedaqoq.az xəbər verir ki, bu barədə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan bildirilib. Mərhumla vida mərasimi sabah saat 10.00-da Təzəpir məscidində keçiriləcək.

Allah rəhmət eləsin!