(no title)

123847330_827279784691180_2835370843578318649_o

MÜHARİBƏNİ UŞAQLARA NECƏ İZAH ETMƏLİ?

 

Müharibə uşaqlara necə izah edilməlidir?
“Ata, müharibə nədir?”, “Niyə ermənilərlə müharibə edirik?”, “İnsanları öldürmək yaxşı işdir?”, “Niyə ermənilər bizim əsgərləri öldürür?”, “Müharibəni dayandırmaq olmaz?”, “Ata, evə tez gəl, yoxsa ermənilər səni öldürər!”, “Ana, ermənilər bizim də evimizi dağıda bilər?”, “Gecə evimizə girib məni öldürə bilərlər?”
Uşaqlar müharibəni öz ətraflarından, televiziyadan, internetdən fərqli şəkildə öyrənirlər. Valideynlər müharibə haqqında uşaqlara bir sıra məlumatlar vermək məcburiyyətində qalırlar. Ancaq unutmamaq lazımdır ki, uşaqlara müharibə haqqında danışarkən bəzi vacib nüanslara diqqət olunması tövsiyyə edilir:
1. Uşaqlar şiddət, təhlükə, qorxu, güvənsizlik, həyəcan kimi duyğuları yaşaya biləcək bir çox görüntü ilə qarşılaşa bilərlər. Uşaqların izlədikləri, məlumat aldıqları xəbər qaynaqları nəzarətdə olmalı, mütəmadi olaraq belə görüntülərə məruz qalmamalıdırlar;
2. Uşaqlar müharibə görüntüləri görəndə o hadisənin ailəsi (valideynləri) üçün də ola biləcəyini düşünə bilərlər. Yəni onlar güvəndikləri yeri, insanları itirmə qorxusu yaşaya bilərlər. Müharibə dövründə uşaqların güvəndə olduqlarını hiss edəcəkləri mesajlar, toxunuşlar, qucaqlama davranışları kimi hərəkətlər edilə bilər. Yaxınını itirmiş və valideynləri boşanmış ailədən olan uşaqlarda güvənmək ehtiyacı daha çox olur;
3. Valideynlərin müharibə nəticəsində ortaya çıxan vəziyyətlə əlaqəli emosional, fizioloji reaksiyalarını (təşviş, kədər, həyəcan) uşaqların yanında çox qabarıq şəkildə ifadə etməmələri faydalı olar.
Bəzi mütəxəssislərin fikrincə əgər uşaq soruşmursa, ailəsindən kimsə müharibədə deyilsə, uşaqlara müharibə başa salınmaya bilər. Ancaq uşaq müharibə haqqında soruşursa, hər yaşda yaşına uyğun formada danışıla bilər. Müharibə haqqında danışarkən “müharibənin uzaqda olması və uşağın etibarlı yerdə olması” mesajı əsas mesajlardan biri olmalıdır. Bəzən böyüklər öz hisslərini də mövzuya qataraq uşaqlara daha çox emosional yük olacaq məlumatlar verirlər. Belə davranmamaq yaxşı olar. Uşağa müharibəni başa salacaqsınızsa, bunun üçün uşağın özünü rahat, güvəndə hiss edəcəyi yeri seçməniz tövsiyə olunur.
Müharibə yaşa görə bu şəkildə izah oluna bilər:
1. Məktəbə qədər uşaqlara müharibə izah olunarkən daha sadə və qısa ifadələr istifadə oluna bilər: “Çox uzaqda Azərbaycan əsgərləri olan yerdə müharibə var. Biz etibarlı yerdəyik, narahat olma.”
2. 6-10 yaşlı uşaqlara da müharibə sadə dillə izah olunmalıdır. Əgər uşağın verdiyi sualın cavabını bilmirsinizsə, ona deyin ki, “bu sualın cavabını öyrənib sənə deyərəm”. Sonra da öyrənib ona deyin. Uşağın sizə olan inamı artacaq.
3. 10-15 yaşlı uşaqlarla müharibə barədə danışılacaqsa, əvvəlcə həmin uşağın müharibə haqqında nə bildiyini öyrənilməli, sonra cavablar verilməlidir. Valideynlər sual verərək uşaqları düzgün məlumata yönləndirə bilərlər.
4. 15-18 yaşlı uşaqlarla müharibə mühakimə bacarığı inkişaf etdirilərək danışıla bilər. Gəncin fikirləri dinlənilməli, müzakirə şəraitində yeni fikirlər qazanılmalıdır.
5. Unutmamaq lazımdır ki, uşaqların hər sualına cavab tapmaya bilərsiniz. Əgər cavabını tapmadığınız bir sual varsa, onu uşaqla birlikdə düşünün. Bu sizə uşağınızla birlikdə çətin bir halda yol axtarmağı öyrədəcəkdir.
Uzman psixoloji konsultant, psixoterapevt
Maarif Məmmədov

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nam eu hendrerit nunc. Proin tempus pulvinar augue, quis ultrices urna consectetur non.

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nam eu hendrerit nunc. Proin tempus pulvinar augue, quis ultrices urna consectetur non.